\"AZƏRTAC\" ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə layihəsi - \"Fermerlərə tövsiyə\"
Salyan rayon Dövlət Sort-Sınaq Məntəqəsinin 15 hektar sahəsində pambıq əkilib və hazirda 1 hektar sahədə 19 sort sınaqdan keçirilir. Məntəqənin əməkdaşı Balaeyvaz Hüseynovun sözlərinə görə, sınaqdan keçirilən sortlardan 16 sort Azərbaycan Elmi-Tədqiqat Pambiqçılıq İnstitutunun sortlarıdır, digər 3 sort isə Türkiyədən gətirilib.
Məntəqənin əməkdaşı artıq yaxın günlərdə ölkədə pambıq yığımının başlayacağını deyib: “Fermerlərə məsləhət görmək istərdim ki, onlar pambığı 2 dəfə sulayıblarsa, sonuncu suvarma işlərini də aparsınlar. Hər bir pambıq qozasının yetişkənliyi və çəkisinin artırılması üçün mütləq sonuncu suvarma həyata keçirilməli, sahə alaq otlarından təmizlənməli, həmçinin pambıq kollarıının ucları vurulmalıdır”.
Balaeyvaz Hüseynov pambıq yığımı ərəfəsində sahədə görülməli olan hazırlıq işləri barədə də tövsiyələrini verib. “Fermer öz məhsulunu kombaynla yığmağı planlaşdırırsa, gərək əvvəlcədən sahəsində hazirliq işləri aparsın. Əvvəlcə sahəyə baxış keçirilməlidir. Əgər pambıq qozalarının 50-60 faizi açılıbsa, onda kollar defilyasiya olunmalıdır. Yarpaqlar tam töküldükdən sonra yığıma başlamaq olar. Pambıq sahəsi kombaynla yığıma hazırlanmayıbsa, onda fermer istehsal etdiyi pambığı əllə toplamalıdır. Əllə yığılan pambıq sahəsinin defilyasiya olunması məqsədəuyğun sayılmır”.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024