• Ana səhifə
  • Xəbərlər
  • QOBUSTANDA TOXUMÇULUQ MÖVZUSUNA HƏSR OLUNMUŞ REGİONAL MÜŞAVİRƏ KEÇİRİLƏCƏK
QOBUSTANDA TOXUMÇULUQ MÖVZUSUNA HƏSR OLUNMUŞ REGİONAL MÜŞAVİRƏ KEÇİRİLƏCƏK

Kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan təlabatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. Bununla baglı daimi olaraq fermerlərin yanında olmaq, qarşılaşdıqları problemləri yerində həll etmək, bu sahədə müvafiq bilgilər vermək, yeni innovativ texnologiyaların tətbiqi və əyani nümayişi qarşıya qoyulan əsas vəzifələrdəndir.

Bununla əlaqədar Qobustan rayonunda Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Bölgə Təcrübə Stansiyasında yerli fermerlərinin iştirakı ilə “Yeni istifadəyə verilmiş toxumtəmizləmə qurğuları ilə taxıl toxumunun təmizlənməsi, dərmanlanması və qablaşdırılması”na həsr olunmuş regional müşavirə keçiriləcək. Müşavirədə respublikada toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, toxum istehsalında innovativ texnologiyaların tətbiqi, yeni perspektiv sortların toxumlarının nümayişi, müasir toxumtəmizləmə qurguları ilə toxumun təmizlənməsi, dərmanlanması və qablaşdırılması prosesi ilə əyani tanış olacaq və fermerlərlə fikir mübadiləsi aparılacaq. Müşavirənin keçirilməsində əsas məqsəd istehsalçı fermerlərin sertifikatlı toxuma maragını stimullaşdırmaqdır.

Tədbirdə Dövlət Fitosanitar Xidmətinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri və  bölgə fermerləri iştirak edəcəklər.

  • A
  • A
  • A