Oktyabrın 6-8-i tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan dövlətlərin baytarlıq təşkilatı rəislərinin 3-cü toplantısı keçirilib.
Toplantıda Azərbaycan Respublikasını Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin(DBX) rəisi Bayandur Rzayev, Xidmətin əməkdaşı Ceyhun Əliyev və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Baytarlıq nəzarəti şöbəsinin müdiri-baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil ediblər.
Toplantının əsas məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin baytarlıq qurumlarının ortaq bir təşkilatını-Baytarlıq Komissiyasını (ECO-VECO) təsis etmək və həmin komissiyanın nizamnaməsinin ilkin həyata keçirilməsi üzrə Yol Xəritəsini qəbul etmək, transsərhəd xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı birgə mübarizə planlanın hazırlanması və mübarizənin aparılmasıdır.
Toplantı çərçivəsində təşkilata üzv olan dövlətlərin baytarlıq təşkilatı rəislərinin idarə heyətinin 1-ci iclası keçirilərək Baytarlıq Komissiyası təsis edilib və onun nizamnaməsinin ilkin həyata keçirilməsi üzrə Yol Xəritəsi qəbul edilib.
Toplantıda Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Bayandur Rzayev Azərbaycan Respublikasında epizootoloji vəziyyətinin sabit olması və aparılan baytarlıq tədbirləri barədə məlumat verib.
Toplantı çərçivəsində B.Rzayev İran İslam Respublikasının “Azeri Sahar” televiziyasına müsahibə verib. Müsahibədə Xidmət rəisi İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin baytarlıq sahəsində əməkdaşlığının önəmini vurğulayıb və bu əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024