• Ana səhifə
  • Xəbərlər
  • QUBADA FERMERLƏRƏ DƏNLİ VƏ DƏNLİ-PAXLALI BİTKİLƏRƏ AQROTEXNİKİ QULLUQ İŞLƏRİ MÖVZUSUNDA TƏLİM-SEMİNA...
QUBADA FERMERLƏRƏ DƏNLİ VƏ DƏNLİ-PAXLALI BİTKİLƏRƏ AQROTEXNİKİ QULLUQ İŞLƏRİ MÖVZUSUNDA TƏLİM-SEMİNAR KEÇİRİLİB

Quba Dövlət Aqrar İnkişaf Mərkəzində “Dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, məhsul yığımının vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim-seminar keçirilib.  

Təlimdə əkinçiliklə məşğul olan 22 fermer iştirak edib.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin aparıcı elmi işçisi Sevindik Dünyamalıyev bildirib ki, seminarın məqsədi bölgədə yetişdirilmiş məhsulun vaxtında, itkisiz və keyfiyyətli tədarük olunması ilə bağlı geniş məlumat verməklə yanaşı, fermerlərin maddi rifahının yaxşılaşdırılması yolunda elmi məsləhətlər vermək və mövcud problem və məsələləri müzakirə etməkdir.

Eyni zamanda, təlim iştirakçılarına məhsul yığımının vaxtında, itkisiz  yerinə yetirilməsi üçün təhlükəsizlik qaydalarına əməl olunması tövsiyə olunub. Bu məqsədlə sahədə yanğına qarşı mübarizə tədbirlərinin aparılması, qoruyucu zolaqların 3-4 metr enində şumlanması, xırmanın və anbarların təmizlənib dezinfeksiya edilməsi, suvarılan sahələrdə kombaynın normal hərəkətinin təmin edilməsi, su kanallarının doldurulması üçün vacib olan ən mühüm tədbirlərin aparılması yolları fermerlərə izah edilib.

Təlim zamanı müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.