Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə Qubada kənd təsərrüfatı texnika yarmarkası keçirilir. Yarmarkanın keçirilməsində məqsəd Quba-Xaçmaz regionunda yaşayan fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaqdır. İki gün davam edəcək yarmarkada 30-dək təchizatçı, bank, lizinq və sığorta şirkəti öz məhsul və xidmətlərini fermerlərə təqdim edirlər.
“Texnika satışına tətbiq edilən yeni qaydalar fermerlərdə kənd təsərrüfatı texnikası almağa yüksək stimul yaradıb. Texnika yarmarkalarında biz bunu çox aydın müşahidə edirik. Bütün təchizatçılardan texnika alışına tətbiq edilməsi, güzəştlə satılan texnikaların siyahısının genişlənməsi sayəsində hər bir fermer öz təsərrüfatına uyğun həcmdə texnika əldə etməyə maraq göstərir”, - deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev qedy edib.
Agentlik sədri əlavə edib ki, fermerlərin istək və ehtiyaclarını nəzərə alaraq texnika yarmarkasında ənənəvi ehtiyac duyulan traktor, kombayn, müxtəlif tip qoşqu avadanlıqları ilə yanaşı, güzəştlə satılan texnikalar siyahısına yeni salınmış müxtəlif tip suvarma qurğuları da nümayiş etdirilir: “Yeni avadanlıq və qurğuları fermerlərə tanıtmaqda məqsədimiz onların öz təsərrüfatlarını innovativ yanaşma ilə təşkil etməsi üçün yol göstərməkdir”.
Növbəti texnika yarmarkası iyunun 11-12-də Lənkəranda keçiriləcək.
Xatırladaq ki, kənd təsərrüfatı texnikası yarmarkalarının keçiriklməsinə may ayının 20-dən start verilib. İndiyədək Şəmkir, Bərdə, Şəki, Ucar rayonlarında texnika yarmarkası təşkil olunub.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024