• Ana səhifə
  • Xəbərlər
  • QURBANLIQ DİRİ HEYVAN SATIŞI APARILAN YERLƏRDƏ DEZİNFEKSİYA İŞLƏRİ BAŞA ÇATIB
QURBANLIQ DİRİ HEYVAN SATIŞI APARILAN YERLƏRDƏ DEZİNFEKSİYA İŞLƏRİ BAŞA ÇATIB

 

Avqustun 20-də, axşam saatlarında Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına icazə verilmiş yerlərdə dezinfeksiya tədbiri başa çatdırılıb.

Profilaktik dezinfeksiya tədbiri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş diri heyvanların satışının aparılması nəzərdə tutulan yerlərdə icra olunub.

Tədbirlər obyekt sahibləri tərəfindən ərazidə mexaniki təmizlik aparıldıqdan sonra həyata keçirilib.

Profilaktik məqsədlə aparılan dezinfeksiya işində kimyəvi məhlullar əraziyə “DUK” maşınları ilə güclü axın şəklində səpilib, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılıb.

Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib, bununla da heyvan satışı üçün ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunub. 

 




  • A
  • A
  • A