Ramazan bayramı ərəfəsində Bakıda yarmarkaların təşkilinə hsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova bildirib ki, yarmarka “Kənddən Şəhərə” brendi altında təşkil olunacaq: “Kənddən şəhərə” Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Bu layihə çərçivəsində yerli istehsal məhsulların vahid marka altında qablaşdırılması, eyni zamanda məhsulların satışına dəstək məqsədilə yeni satış kanallarının yaradılması həyata keçirilir. Ramazan bayramı günlərində paytaxtın iki ünvanında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil ediləcək”.
Mətbuat konfransında bildirilib ki, paytaxt sakinləri Yasamal və Nizami rayonlarında keçiriləcək yarmarkalarda fermerlərin vasitəçilərsiz, birbaşa satışa çıxaracağı keyfiyyətli məhsulları daha ucuz qiymətə ala biləcəklər.
Yasamal rayonunda yarmarka Ələsgər Ələkbərov küçəsində, 225 saylı orta məktəbin qarşısında, Nizami rayonunda isə Qara Qarayev prospekti, 36A ünvanında, “Orbita” Ticarət Mərkəzinin yanında təşkil olunacaq.
Leyla Məmmədova bildirib ki, iyunun 5-6-da baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər: “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq çərçivəsində yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək və satışa çıxarılan bütün məhsullar yoxlanışdan keçiriləcək”.
Yarmarkada iştirak etmək istəyən fermerlər Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.
Bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal, ət və ət məhsulları və s. ala biləcəklər.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024