• Ana səhifə
  • Xəbərlər
  • RAYONLARDA ƏHALİNİN AQRAR KREDİT İMKANLARININ İLKİN QİYMƏTLƏNDİRİLMƏSİ YARMARKALARI KEÇİRİLİR
RAYONLARDA ƏHALİNİN AQRAR KREDİT İMKANLARININ İLKİN QİYMƏTLƏNDİRİLMƏSİ YARMARKALARI KEÇİRİLİR

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Sabirabadda bankların aqrar kredit istəyən vətəndaşları ilkin qiymətləndirməsi üzrə yarmarka keçirib. Yarmarkada AKİA-nın regionda filialları olan 8 müvəkkil kredit təşkilatının nümayəndələri iştirak ediblər. Bank əməkdaşları Neftçala, Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarından olan 50-dən artıq vətəndaşı fərdi qəbul edib, aqrar kredit götürmək imkanlarını qiymətləndiriblər. Vətəndaşlara mövcud təsərrüfatlarına və planlarına uyğun olaraq götürə biləcəkləri kreditlərin məbləği barədə məlumat verilib.

Analoji tədbir Masallı rayonunda da keçirilib və 60-a yaxın vətəndaş aqrar kredit götürmək imkanları barədə məlumat alıb. Rayonlarda vətəndaşların aqrar kredit imkanlarının ilkin qiymətləndirilməsi üzrə bu tədbirlər davam edir. Qarşıdakı 3 ay ərzində AKİA əməkdaşları 4 regionda 25 rayonun sakinləri üçün aqrar kreditlər üzrə ilkin dəyərləndirmə yarmarkaları təşkil edəcək.

“Mütəxəssislərimizin iştirakı ilə keçirilən bu tədbirlərin əsas məqsədi AKİA-nın müvəkkil kredit təşkilatlarının vətəndaşlarla şəffaf ünsiyyətini təşkil etmək, eləcə də vətəndaşların qarşılaşdıqları problemləri yerində həll etməkdir”, – Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev belə deyib.

Növbəti aqrar kredit qiymətləndirməsi yarmarkası Qazax rayonunda martın 12-də keçiriləcək. AKİA müvəkkil kredit təşkilatları Qazax, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Daşkəsən rayon sakinlərinin kredit imkanlarını dəyərləndirib, onları düzgün istiqamətləndirəcəklər. 



    

  • A
  • A
  • A