• Ana səhifə
  • Xəbərlər
  • SAATLIDA AZOT GÜBRƏSİNİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SƏYYAR SATIŞI HƏYATA KEÇİRİLİB
SAATLIDA AZOT GÜBRƏSİNİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SƏYYAR SATIŞI HƏYATA KEÇİRİLİB

Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli, Astara, Biləsuvar rayonlarının ardınca növbəti səyyar satış mart ayının 13-də Saatlı rayonunun Çolpı kəndində baş tutub.

Bu rayona yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlanıb.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə ediblər.

Saatlı rayonunda keçirilən səyyar satış zamanı Çolpı və ətraf 9 kənd üzrə 34 vətəndaş müraciət edərək güzəştli şərtlərlə gübrə əldə ediblər. Saatlıda keçirilən səyyar satışda 56,256 ton ammonium nitrat gübrəsi satılıb.




  • A
  • A
  • A