Sabirabadda Azərbaycan Dövlət Aqrar Universitetinin təqdimatı keçirilib

Aprelin 18-də Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitenin (ADAU) təqdimatı keçirilib. Təqdimat mərasimində ADAU-nun rəhbərliyi, professor və müəllim heyəti, rayon ictimaiyyəti və orta məktəb məzunları iştirak edib.
Tədbir Azərbaycan Dövlət Aqrar Universitetini tanıtmaq, ali təhsil müəssisəsinin maddi-texniki bazası, yeniliklər barədə insanlara ətraflı məlumat vermək məqsədilə təşkil olunub.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ölkədə aqrar sahədə əldə edilən uğurlardan danışıb.
ADAU-nun rektoru İbrahim Cəfərov ölkənin digər sahələri kimi aqrar sektorun da dinamik inkişafını faktlarla təhlil edib, bu səhənin inkişafının birbaşa aqrar təhsillə bağlı olduğunu deyib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsinə, xüsusilə aqrar təhsilə xüsusi qayğı göstərilir.
Görüşdə ADAU-nun madi-texniki bazası, tələbə evləri, tədris-təcrübə sahələri, adlı auditoriyalar, tikintisi sürətlə davam edən yeni tədris korpusu, stimullaşdırıcı tədbirlər haqqında da ətraflı məlumat verilib.
Universitetlə bağlı təqdim edilən film görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Görüşdə ADAU-nun əməkdaşları universitetlə bağlı görüş iştirakçılarına dolğun məlumatlar veriblər. Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1555685128_dsc_0086.jpg 1555685153_dsc_0083.jpg 1555685181_dsc_0066-1.jpg 1555685183_dsc_0102.jpg
1555685172_img-20190418-wa0023-1.jpg

  • A
  • A
  • A