Salyan rayonunda üzümçülük fermer təsərrüfatları üçün “Üzümçülükdə yaz-yay mövsümündə aqrotexniki, aqrokimyəvi və bitki mühafizə tədbirləri yüksək məhsuldarlığın və keyfiyyətin əsasıdır” mövzusunda tarla seminarı keçirilib. Kənd Təsərrüfatı Nazirliyi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə keçirilən seminarın əsas məqsədi üzümçülükdə bitki mühafizə tədbirlərinin vacibliyi, onların həyata keçirilmə texnologiyasını fermerlərin diqqətinə çatdırmaqdan ibarət olub.
Təlimdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndəsi Aytən Süleymanova bildirib ki, layihə çərçivəsində ehtiyacların qiymətləndirilməsinə əsasən təsərrüfatlarda aqrotexnoloji əməliyyatların həyata keçirilməsi və innovativ texnologiyaların tətbiqi üçün zəruri olan texnikalar - “Tənəkarası (ağacarası) becərən hidravlik frez” (marka: KHDR 200) və “Çiləyici (ventilyatorlu qoşulan)” aparatları alınaraq fermerlərin istifadəsi üçün Şamaxı, Salyan və Salyan DAİM-lərinə təqdim edilib. Salyan DAİM-in nümayəndəsi, Bitki Mühafizəsi Mərkəzinin rəisi Vidadi Cəfərov layihə tərəfindən DAİM-lərə təqdim edilən texnikanın fermerlərin istifadəsi üçün hazır olduğunu və 2021-ci il ərzində ödənişsiz istifadə edə biləcəklərini diqqətə çatdırıb.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun “Üzümün aqrotexnikası” şöbəsinin müdiri Azər Şükürov bildirib ki, zamanında aparılan kompleks mübarizə tədbirləri vaxt itkisinin qarşısını almaqla, optimal müddətdə bir neçə xəstəlik və zərərvericilərə qarşı kompleks mübarizənin tətbiqi üzümlüklərə qulluq xərclərinin aşağı düşməsini təmin edir, digər tərəfdən məhsulun kəmiyyət və keyfiyyətini yaxşılaşdırır. Bu üsulu vaxtında və kompleks şəkildə tətbiq etmək fermerlərin dərmanlara çəkdikləri xərcləri nəzərəçarpacaq dərəcədə azaltmaqla, məhsul itkisinin qarşısını tam alır.
Tədbirdə iştirak edən fermerlər üzümün becərilmə texnologiyası ilə bağlı təşkil edilən seminarın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Təlim çərçivəsində fermerlər kimyəvi çiləmələrin düzgün və səmərəli həyata keçirilməsi üçün “Çiləyici” aparatının tarla şəraitində iş prinsipi ilə əyani tanış olublar. İnstitut mütəxəssisləri tərəfindən üzümün təhlükəli mildiu, oidium, boz çürümə, salxım yarpaqbükəni xəstəlik və zərərvericilərinə qarşı “Üzümlüklərdə kompleks kimyəvi mübarizə və yemləmə gübrəsinin hazırlanması üsulu” praktiki olaraq nümayiş etdirilib. Bu tədbir fermerlərin becərmə və bitki mühafizə tədbirlərinə çəkilən xərclərin azalmasını təmin etməklə, məhsulun maya dəyərinin aşağı düşməsinə kömək edir.
Qeyd edək ki, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” regional proqramına əsasən həyata keçirilir və Salyan, Şamaxı və İsmayıllı DAİM-lərinin üzümçülük sahəsində potensialının inkişaf etdirilməsi məqsədi daşıyır.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024