Respublika ərazisində karantin rejiminin davam etməsinə baxmayaraq Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun təcrübə stansiyalarında yaz-tarla işləri uğurla davam etdirilir. İnstitutun Şamaxı Təcrübə Stansiyasında yerli, nadir Mədrəsə sortunun qorunub saxlanılması və səmərəli istifadəsi məqsədilə üzüm bağı və tinglik salınır.
Stansiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 1976-cı il 429 №-li qərarına əsasən təşkil edilib. Burada “Üzüm genefondunun innovativ texnologiyalar əsasında qiymətləndirilməsi, donor genotiplərin seçilməsi, müasir tələbata (xəstəlik və zərərvericilərə qarşı davamlı, məhsuldar, keyfiyyətli, əmtəəlik görünüşü yüksək, saxlanmaya və daşınmaya yararlı) cavab verən yeni süfrə, kişmişi və texniki üzüm sortlarının yaradılması, irsi xüsusiyyətləri pisləşmiş qiymətli sortların təsərrüfat-iqtisadi əlamətləri üzrə yaxşılaşdırılması” mövzusu üzrə “Şamaxı mərəndisi və Mədrəsə üzüm populyasiyasının irsi xüsusiyyətlərinin öyrənilməsi, məhsuldar, keyfiyyətli, biotik amillərə davamlı klon formalarının seçilməsi və artırılması” tədqiqat işi həyata keçirilir. Uzun illər əkilib-becərilmə şəraitinin, xarici mühit amillərinin, təbii mutasiya yaradan amillərin təsiri, sortdan əkin materialının texnoloji təlimatlara əsasən düzgün tədarük olunmama, o cümlədən populyasiyadakı bitkilərin genetik xüsusiyyətləri nəzərə alınmadığından Mədrəsənin bir neçə variasiyası meydana gəlmişdir. Hazırda Mədrəsə sortunun 10-a yaxın mənfi və müsbət variasiyası var və bunların qarışığı şəklində əkilib becərilir. Bu isə sortun “bioloji çirklənməsinə” gətirib çıxarır.
Bunları nəzərə alaraq Mədrəsə sortunun bioloji və genetik baxımdan təmiz formalarının seçilib artırılması məqsədilə bu sort institut tərəfindən yaxşılaşdırılma proqramına cəlb edilib. Bu məqsədlə Mədrəsə sortunun vətəni Şamaxı və İsmayıllı rayonlarında köhnə üzüm bağlarında və həyətyanı təsərrüfatlarda becərilən sortun tənəkləri etiketlənmiş, aprobasiya aparılmış və çubuq tədarük olunmuşdur.
Hazırda Şamaxı Təcrübə Stansiyasında Mədrəsə üzüm sortundan 35 min ədəd bioloji təmiz çubuq tədarük olunmuş və ondan 1 hektar sahədə üzüm bağı və 1 hektar tinglik salınmışdır. Təsərrüfatın əməkdaşları tərəfindən əvvəlcədən əkin sahəsi təmizlənmiş, torpaq becərmələri, aqrokimyəvi, meliorasiya işləri həyata keçirilmiş (sahə şumlanmış, hamarlanmış, su kanalları çəkilmiş və s.) və əkin aparılmışdır.
Mədrəsə sortundan salınan üzüm bağından gəlcəkdə fillokseraya davamlı calaq-əkin materialının istehsalı üçün çubuq tədarükü nəzərdə tutulur. İstehsal olunan tinglər isə fermerlərə tövsiyə olunacaq.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024