Şamaxı rayonunda BMT-nin Ərzaq və Kənd Təssərrüfatı Təşkilatı “Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyədə çəyirtkəkimilərin idarə edilməsinin təkmilləşdirilməsi proqramı” (GCP/SEC/004/TUR) çərçivəsində Çəyirtkəkimilərlə mübarizə üzrə milli təlim keçirilib.
“Çəyirtkələrin monitorinqi və məlumatların idarə olunması, o cümlədən Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDS)” sessiyası formatında keçirilən təlimdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri çəyirtkələrin monitorinqi və məlumatların idarə olunması, həmçinin çəyirtkəkimilərin bioloji və ekoloji xüsusiyyətləri, eləcə də sürü əmələ gətirən çəyirtkələrin identifikasıyası barəsində iştirakçılara məlumat veriblər.
Təlim zamanı çəyirtkəkimilərin 20-yə yaxın növünün sürü əmələ gətirdiyi, bunlardan Mərakeş (Dociostaurus maroccanus), İtaliya (Сalliptamus italicus) və Asiya (Locusta miqratoria) çəyirtkələrinin Azərbaycanda geniş rast gəlinən növlər olduğu iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində AXA-nın mütəxəssisləri tərəfindən “Çəyirtkəkimilərin müşahidəsi zamanı ASDS sistemindən istifadə” mövzusunda məruzə olunub, eyni zamanda “Planşetlə formaların doldurulması” və “Doldurulmuş formaların yoxlanılması, redaktə edilməsi” mövzularında iştirakçılara praktiki məşğələlər keçirilib.
«Çəyirtkəkimilərin dərmanlanması və pestisid riskinin azaldılması, eləcə də Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC)» sessiyası formatında baş tutan təlimdə “Çəyirtkələrlə mübarizədə müasir strategiya və texnologiyalardan istifadə olunması” mövzusunda çıxış edən AXA-nın əməkdaşı Yaqub Cəfərov, çəyirtkəkimilərə qarşı aparılan mübarizə çərçivəsində dərmanlanmanın həyata keçirilməsi qaydası və pestisid riskinin azaldılması barəsində iştirakçılara məlumat verib.
Yaqub Cəfərov, çəyirtkələrlə mübarizədə preventiv strategiyanın həyata keçirilməsi, eləcə də çəyirtkələr əleyhinə mübarizə zamanı UMO və ya tamhəcmli çiləmənin aparılması və pestisidlərin tətbiqi texnologiyası barəsində məlumat verib, eləcə də çiləyicilərin kalibrovkası, hazırlanması və çiləmənin aparılması haqqında iştrakçılara praktiki məşğələlər keçirib.
Təlimdə həmçinin “Çəyirtkələrlə mübarizədə tətbiq edilən pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin azaldılması” mövzusu da iştirakçıların diqqətinə çatdırılıb və çəyirtkələrlə mübarizə kampaniyası dövründə yaranan risklər, eləcə də risklərin müəyyən edilməsi və ən çox riskə məruz qalan canlılar barədə məlumat verilib.
İki gün davam edən təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024