Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar həkimləri ölkə ərazisində heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirlərini davam etdirir. Artıq Şamaxı rayonunda da baytarlar cari ilin profilaktik peyvəndləmə tədbirlərinə başlayıblar.
Şamaxı rayonunda profilaktiki peyvəndləmə tədbirləri həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. İdarənin baytar həkimləri iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirirlər. Epizootik tədbirlərin vaxtında yerinə yetirilməsi üçün AXA tərəfindən rayon baytarlıq idarəsi baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla tam təmin edilib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda Şamaxı Rayon Baytarlıq İdarəsi rayonda mövcud olan iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri görülür. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.
2020-ci ilin epizootik tədbirləri başlayandan indiyə kimi Şamaxı rayonunda 14460 baş iribuynuzlu, 487 baş təkdırnaqlı heyvanda qarayaraya, 1598 baş itdə quduzluq xəstəlikləri əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. Eləcə də 3 min kvadratmetr sahədə dezinfeksiya işləri görülüb.
Profilaktik tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də iti yoluxucu xəstəliklər barədə sahibkarlara ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.
Bu il Şamaxı baytarları qarayaraya qarşı 29 min baş iribuynuzlu, 138 min baş xırdabuynuzlu heyvan və 1 min baş at arasında peyvəndlənmə tədbirləri aparacaqlar. İl ərzində 4 min baş it quduzluğa qarşı vaksinasiya olunacaq. Həmçinin 2020-ci ildə iribuynuzlu heyvanlardan bruselyozun müayinəsi üçün qan nümunəsinin alınması, eləcə də iribuynuzlu heyvanlarda vərəm, atlarda isə manqo xəstəliklərinə görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulur. Bununla yanaşı tədbir aparılan ərazidə dezinfeksiya və dezinseksiya işləri görüləcəkdir.
Qeyd edək ki, Agentliyin Şamaxı Rayon Baytarlıq İdarəsi tərəfindən 2020-ci ildə Şamaxı rayonunda mövcud ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlar arasında dabaq, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, çiçək və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaqdır.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024