Şamaxıda regional ixtisaslaşma və davamlı iqtisadi inkişaf mövzusunda konfrans keçirilib. Konfransda Kənd Təsərrüfatı, eləcə də İqtisadiyyat Nazirliklərinin rəsmi şəxsləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, müxtəlif rayon icra hakimiyyəti strukturlarının nümayəndələri, sahibkar və fermerlər iştirak edib.
Konfransda regionların inkişafını dəstəkləyən tədbir və layihələr müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan Şamaxı rayon İcra Hakimiyətinin başçısı Tahir Məmmədov rayonda üzümçülüyün və şərabçılığın mövcud vəziyyəti, inkişaf perspektivləri barədə məlumat verib. Bildirib ki, Şamaxı rayonunun sosial-iqtisadi inkişafında üzümçülüyün rolu böyükdür.
Konfransda çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazir müavini ölkədə üzümçülük və şərabçılığa dövlət dəstəyi və bu sahədə həyata keçiriləcək tədbirlərlə bağlı ətraflı məlumat verib. Elçin Zeynalov kənd təsərrüfatı məhsullarının istehsalı üzrə rayonların ixtisaslaşdırılması ilə bağlı görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, bu ixtisaslaşma sayəsində Şamaxı rayonunda əhalnin məşğulluq səviyyəsi və fermerlərin gəlirləri artacaq, şərab və üzüm məhsullarının ixracı genişlənəcək, üstəlik aqrar turizmin inkişafı üçün əlavə imkanlar yaranacaq. Nazir müavini kooperativləşmə və birgə fəaliyyətin fermerlərə verəcəyi töhfə barədə də danışıb.
Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının icrası nəticəsində əldə olunmuş uğurlara toxunub. O, Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda kənd yerləri və regional inkişafa dəstək” layihəsinin əhəmiyyəti və regional inkişafla bağlı Avropa Birliyi ölkələrinin təcrübəsinin öyrənilməsinin vacib olduğunu vurğulayıb.
Daha sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq şöbəsinin rəhbəri Simona Gatti çıxış edib. O, layihənin əhəmiyyəti və regiona verəcəyi töhfələr barədə danışıb.
Konfransda Şamaxı rayon İcra Hakimiyyətinin nüməyəndəsi və Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı Dövlət Aqrar İnkşaf Mərkəzi tərəfindən layihə çərçivəsində hazırlanmış strategiya və investisiya layihələrinin təqdimatı keçirilib. Qeyd olunub ki, “Azərbaycanda kənd yerləri və regional inkişafa dəstək” proqramının icrasına texniki yardım layihəsinin yerli və xarici ekspertləri tərəfindən Şamaxı rayonu üçün şərab ixtisaslaşması üzrə inkişaf strategiyası işlənib hazırlanıb. Strategiyanın davamlı regional inkişafa töhfə verəcəyinə əminlik ifadə olunub.
Tədbirdə çıxış edənlər ixtisaslaşma strategiyası ilə bağlı fikirlərini bölüşüb, rəy və təkliflərini səsləndiriblər.
Həmçinin, konfransda kənd təsərrüfatı sahəsində fermer və sahibkarların bilik və bacarıqlarının artırılması, Azərbaycanda sürətlə inkişaf edən turizm sektoru üçün marketinq və məhsulların hazırlanması, səyahət yerlərinin menecmenti imkanları istiqamətində müzakirələr aparılıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024