Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Samux rayonunda iri və xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, nodulyar dermatit, bruselyoz, leptospiroz, çiçək, itlər arasında quduzluq və quşlar arasında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Heyvanlar və quşlar arasında xüsusi təhlükəli xəstəliklər qeydə alınmayıb, mal-qaranın və quşların kütləvi tələfatına yol verilməyib.
10 ayı ərzində Samux rayonda yoluxucu xroniki xəstəlik olan bruselyoz xəstəliyinə qarşı profilaktiki tədbirlər davam etdirilib. Həssas heyvanlarda bruselyozun müəyyən edilməsi məqsədi ilə 1263 baş iribuynuzlu, 1144 baş ana qoyun, 37 baş keçi və 3427 baş qoçdan qan nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Regional Laboratoriyasına təqdim olunub. Eləcə də 3427 baş qoçun qanı epdidimitə görə seroloji müayinə məqsədi ilə laboratoriyaya təqdim edilib.
Cari ilin 10 ayı ərsində rayonun ayrı-ayrı təsərrüfatlarında 26573 baş (o cümlədən 3427 baş cavanlarda revaksinasiya) iribuynuzlu, 127590 baş xırdabuynuzlu, 1507 baş təkdırnaqlı heyvanda qarayara, 2936 baş it quduzluq, 120296 baş xırdabuynuzlu heyvanda çiçək, 44220 baş (o cümlədən 713 baş cavanlarda) iribuynuzlu və 119009 baş xırdabuynuzlu heyvanda dabaq, 24527 (o cümlədən 407 baş cavanlarda) baş iribuynuzlu heyvanda nodulyar dermatit, 7767 baş iribuynuzlu heyvanda leptespiroz, 8779 baş iribuynuzlu heyvanda (“Şt-19” vaksini ilə), 87594 baş xırdabuynuzlu heyvanda (“Rev-1” vaksini ilə) bruselyoz, 239367 baş körpə cücədə (“La-sota” ştammı ilə) və 237667 baş ev quşda nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin müvafiq dövrü ərzində 702 quşda askaridioza, 752 baş iribuynuzlu və 804 baş xırdabuynuzlu heyvanlarda diktikaulyoza, 752 baş iribuynuzlu və 804 baş xırdabuynuzlu heyvanda fassilyoza, eləcə də 150 baş xırdabuynuzlu heyvanda tizaniezioza və 804 baş xırdabuynuzlu heyvanda monezioza görə koproloji müayinələr aparılıb.
Hazırda Samux rayonunda iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı peyvəndləmə, eləcə də xırdabuynuzlu heyvanlarda “Rev-1” göz-damcı üsulu ilə bruselyoz əleyhinə vaksinasiya tədbirləri davam etdirilir.
Müvafiq dövr ərzində Samux rayonunda aparılan peyvəndləmə və invazion xəstəliklər əleyhinə həyata keçirilən tədbirlərlə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya və dezinseksiya işləri də diqqətdə saxlanılıb. Rayonda baytar mütəxəssisləri tərəfindən 45 obyektin 35178 kvadratmetr sahəsində profilaktik, 2 obyektin 3700 kvadratmetr sahəsində məcburi dezinfeksiya və 10 obyektin isə 18848 kvadratmetr sahəsində dezinseksiya işləri həyata keçirilib.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət olunmaqla, ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir. Mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024