Cari ilin may ayının 20-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin təşkilatçılığı ilə Şəki rayonunda “Dənli və dənli-paxlalı bitkilərdə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda tarla şəraitində elmi-praktiki təlim keçirilib.
Fermerlər, mütəxəssislər və aqrar inkişaf könüllülərinin iştirakı ilə baş tutan təlimdə Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin aparıcı mütəxəssisi Rais Nürəddinov dənli və dənli paxlalı bitkilərdə kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması mövzusunda geniş məruzə ilə çıxış edib.
Təlimçi çıxışında toxumların dərmanlanması, eləcə də zərərvericilərə və xəstəliklərə qarşı mütəmadi müşahidələr aparmaqla lazımi tədbirlərin yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb. Təlim zamanı aqrotexniki tədbirlərin kompleks şəkildə yerinə yetirilmiş sahələrdən birinə baxış keçirilib və zəif qulluq olunan sahə ilə müqayisə edilib
“Dənli və dənli paxlalı bitkilərdə bitki mühafizə tədbirlərinin həyata keçirilməsində texniki təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda çıxış edən Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Tələt Mehdiyev, pestisidlərlə işləyərkən işçi məhlulun hazırlanmasında xüsusi geyim vasitələrindən istifadə olunması, çiləyici aqreqatların nizamlanması qaydasını iştirakçılara ətraflı izah edib və bu tədbirlərin həyata keçirilməsində bitki mühafizə mütəxəssisləri ilə məsləhətləşmələrin vacib olduğunu iştirakçıların diqqətinə çatdırıb. Son illər Şəki rayonu ərazisində dənli və dənli-paxlalı bitkilərdə zərərli orqanizmlərə qarşı aparılan bitki mühafizə tədbirləri barədə məlumat verən T.Mehdiyev, qlobal istiləşmə ilə bağlı zərərli orqanizmlərin aqressivliyinin və virulentliyinin xeyli artdığını fermerlərin diqqətinə çatdırıb
Patogen orqanizmlərin yeni-yeni rass və ştamplarının əmələ gəldiyini söyləyən təlimçi, əvvəl iqtisadi əhəmiyyət kəsb etməyən zərərli orqanizmlərin zərərli fəaliyyətinin xeyli çoxaldığını vurğulayıb: “Bütün bunlar isə mübarizə tədbirlərində inteqrir mübarizə sisteminə keçməyi tələb edir. Məhz bu gün keçirilən təlim də inteqrir mübarizə sisteminin ən vacib hissəsi olmaqla zərərli orqanizmlərin qarşısının alınmasında xüsusi əhəmiyyət kəsb edir”
Təlimdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, təlim iştirakçılarına “Pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına dair təlimat” vərəqələri
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024