İSMAYILLIDA HEYVAN SAHİBLƏRİNƏ 168 MİN 100 MANAT SUBSİDİYA VERİLİB

2018-ci ildə İsmayıllı rayonunda heyvan sahiblərindən 1246 nəfərinə süni mayalama yolu ilə alınmış 1681 baş cins tərkibi yaxşılaşdırılmış buzova görə 168 min 100 manat subsidiya verilib.

Cins tərkibi yaxşılaşdırılmış buzova görə verilən subsidiyanın məbləği 2017-ci illə müqayisədə 47 min 100 manat çoxdur.

Qeyd edək ki, son illər bölgədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində ardıcıl iş aparılır. Bunun üçün süni mayalanmanın imkanlarından istifadə olunur. Təkcə ötən il 3787 baş iribuynuzlu mal-qarada süni mayalama aparılıb ki, bu da 2017-ci ildəkindən 153 baş artıqdır.


  • A
  • A
  • A