2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Şuşa Rayon Baytarlıq İdarəsi 4 sahə baytarlıq məntəqəsi ilə ölkənin 58 rayon və şəhəri daxil olmaqla 234 yaşayış məntəqəsində məskunlaşmış Şuşa rayon əhalisinə məxsus 4721 baş iribuynuzlu heyvan, 34533 baş xırdabuynuzlu heyvan, 208 baş at, 18458 baş quş və 3960 arı ailəsinə baytarlıq xidməti göstərir.
Şuşa Rayon Baytarlıq İdarəsi cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayon əhalisinə məxsus 2518 baş iribuynuzlu, 151 baş təkdırnaqlı heyvanda qarayara, 4255 baş sahibli itdə quduzluq, 91479 baş xırdabuynuzlu heyvanda çiçək, 1500 baş xırdabuynuzlu (Rev-1 ştammı ilə) heyvanda bruselyoz xəstəliklərinə qarşı peyvənd aparıb. Eləcə də bu dövr ərzində 15550 (“H” ştammı ilə) baş quş və 19400 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirib.
Fevral ayından şuşalılara məxsus iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 2546 baş iribuynuzlu və 19988 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Mart ayının ilk günlərindən isə Şuşa Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 1595 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 448 baş iribuynuzlu heyvanlardan qan alınaraq seroloji müayinə edilib. Bununla yanaşı vərəm xəstəliyinə qarşı 50 baş iribuynuzlu heyvanlarda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməyib.
Bundan başqa məlumat üçün bildirək ki, heyvan sahiblərinin şəxsi vəsaiti hesabına epizootik planda nəzərdə tutulmayan iribuynuzlu, xırdabuynuzlu heyvanın və quşların pastrelliyozu, iribuynuzlu heyvanın (cavanların) emkarı, xırdabuynuzlu heyvanın brodzot və enterotoksemiya xəstəliklərinə qarşı, iribuynuzlu heyvanın anayerob enterotoksemiya xəstəliyinə qarşı vaksinasiya aparılıb. Heyvanların və quşların qurd xəstəliklərinə qarşı dərman preparatları sahibkarın hesabına alınaraq heyvanlara verilib.
Qeyd edək ki, şuşalılara məxsus təsərrüfatlarda baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumatlar verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Şuşalılara məxsus heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (ştamm-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda dabaq, leptospiroz, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024