Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün bölgələrində taxıl sahələrinin əsas zərərvericilərinə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, 2020-ci ilin ötən dövrü ərzində Agentliyin yerli qurumları tərəfindən respublikanın taxıl əkini sahələrində xüsusi təhlükəli, karantin tətbiq edilən və digər tənzimlənən zərərvericilərlə bağlı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilib. Siçanabənzər gəmiricilərə bağlı respublikanın əsasən şimal və şimal-qərb rayonları daxil olmaqla, ümumilikdə 26 rayonunun ərazisində 145,4 min hektar sahədə fitosanitar müşahidələr aparılıb və 77,3 min ha sahədə sirayətlənmə aşkar edilib. Sirayətlənmiş 60,1 min ha sahədə isə mübarizə işləri aparılıb. Aparılan mübarizə işinin 57,2 min hektarında tədbirlər büdcə vəsaiti hesabına həyata keçirilib. Ümumilikdə 4500-dən çox fermer və 34 iri təsərrüfat subyektinin əkin sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri yerinə yetirilib.
Dənli bitkilərdə taxıl böcəyinə qarşı 12,3 min hektar sahədə müşahidələr aparılıb, 6,6 min ha sahədə sirayətlənmə aşkarlanıb. Qeyd edək ki, 6.2 ha sahədə təsərrüfat subyektləri hesabına mübarizə tədbirləri Agentliyin mütəxəssislərinin tövsiyəsi və iştirakı həyata keçirilib. Mübarizə tədbirləri əsasən Şəki, Ağcabədi, Füzuli, Qax, Qəbələ və Tərtər rayonlarının ərazisində aparılıb.
Məftil qurdları Oğuz və Zaqatala rayonlarının ərazisində 205 ha sahədə müşahidə edilib və bu zərərvericiyə qarşı 135 ha sahədə təsərrüfat subyektləri tərəfindən kimyəvi mübarizə tədbirləri aparılıb.
Həmçinin tədbirlər çərçivəsində fermerlərlə mütəmadi olaraq görüşlər keçirilib, kimyəvi preparatların tətbiqi və təhlükəsizlik qaydaları barədə maarifləndirmə işləri aparılıb və bukletlər paylanılıb.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda respublikanın taxıl əkini sahələrində fitosanitar sabitliyin qorunması məqsədi ilə Agentliyin aidiyyəti yerli qurumları tərəfindən fitosanitar müşahidə və müvafiq mübarizə tədbirləri davam etdirilir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024