• Ana səhifə
  • Xəbərlər
  • “TAXIL ƏKİNLƏRİNDƏ YÜKSƏK VƏ KEYFİYYƏTLİ MƏHSUL ALINMASINDA MİNERAL GÜBRƏLƏRİN ƏHƏMİYYƏTİ” MÖVZUSUND...
“TAXIL ƏKİNLƏRİNDƏ YÜKSƏK VƏ KEYFİYYƏTLİ MƏHSUL ALINMASINDA MİNERAL GÜBRƏLƏRİN ƏHƏMİYYƏTİ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

 

Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-tədqiat İnstitutunun əməkdaşı, aparıcı elmi işçi Mehdi Mehdiyev tərəfindən Saatlı, Sabirabad, Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzlərinin binasında fermerlər üçün “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçirilib. Təlimlərdə taxılçılıqla məşğul olan  69 nəfər fermer iştirak edib.

Təlimlərdə taxılçılıqda yüksək və keyfiyyətli məhsul alınmasını təmin etmək üçün erkən yazda və vegetasiya müddətində azot, fosfor və kalium gübrələrinin vaxtında və aqrotexniki tələblərə uyğun verilməsi qaydaları, həmçinin bitkilərə vegetasiya müddətində digər zəruri aqrotexniki qulluq işlərinin həyata keçirilməsi və s. məsələlər ətraflı olaraq izah edilib.

Sonda geniş fikir mübadiləsi aparılıb, fermerlərin sualları cavablandırılıb, onlar tərəfindən qaldırılmış problemlərə aydınlıq gətirilib.  




 

  • A
  • A
  • A