Azərbaycanda taxıl biçini davam edir. Bugünədək ölkə üzrə zəmilərin 18,3 faizində biçin başa çatıb, 185360,6 hektar sahədən 563534 ton məhsul yığılıb. Biçilmiş sahələrin 173103,2 hektarı arpa, 12257,4 hektarı buğda sahələridir. İyunun 13-nə olan operativ məlumata görə respublika üzrə orta məhsuldarlıq 30,4 sent/ha, arpa üzrə 30,3 sent/ha, buğda üzrə 32,5 sent/ha təşkil edir.
Biçin prosesinə 1452 kombayn cəlb olunub. Bunlardan 524-ü "Aqrolizinq" ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən məhsulun tez və itkisiz yığılması üçün biçinə başlanılmayan dağlıq və dağətəyi rayonlardakı bölmələrdən hazırda aktiv biçin prosesinin getdiyi Aran rayonlarına əlavə olaraq 152 kombayn dislokasiya olunub. Biçin prosesində hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 776 kombayn da iştirak edir. "Aqrolizinq"in kombaynları tərəfindən 74305 ha, hüquqi və fiziki şəxslərin kombaynları tərəfindən 111055,6 ha sahə biçilib.
Arpa üzrə ən yüksək məhsuldarlıq Ağdam, Ağcabədi, Ağsu, Bərdə, Hacıqabul, İmişli, Saatlı, Salyan, Sabirabad, Samux və Tərtər rayonları ərazisində qeydə alınıb. Bu rayonlarda məhsuldarlıq 33 sentnerdən çoxdur.
Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 640977,6 hektarı buğda, 369240,4 hektarı arpa sahələridir.
Biçin prosesi davam edir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024