Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davamlı olaraq həyata keçirilir.
Artıq Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən 2018-ci ilin payızında 2019-cu ilin məhsulu üçün əkilən dənli bitkilərin (buğda, arpa) toxumluq əkin sahələrinin qeydiyyatına başlanılıb. Bunun əsas mədsədi toxumluq əkinlərin uçotunun dəqiqləşdirilməsi, aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün tövsiyyələrin verilməsi, həmçinin aprobasiya aparılacaq sahələrin əvvəlcədən müəyyən edilməsidir. Rayonlarda toxumluq əkin sahələrinin qeydiyyatı Regional Toxum Sertifikatlaşdırma Mərkəzlərinin (RTSM) müvafiq rayonlar üzrə baş aqronomları tərəfindən aparılır.
Toxumçuluq təsərrüfatları toxumluq əkinlərinin qeydiyyata alınması üçün RTSM-rin rayonlar üzrə baş aqronomlarına 1 nömrəli bəyənnamə ilə müraciət etməlidirlər. Bəyənnaməyə aşağıda göstərilən sənədlər əlavə edilməlidir:
Toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün Şəhadətnamənin (arayış) surəti. Əkinlərin səpin aktı. Toxumluq əkin üçün istifadə edilən toxumun haradan alınmasını təsdiq edən sənədlərin surəti (alınan toxumun alqı-satqı müqaviləsi, qaimə-fakturası, əkilən toxumun istehsal olunduğu ildəki aprobasiya aktı və toxumun səpin keyfiyyətini təsdiq edən sertifikat). Toxumluq əkinlərin aparıldığı torpaq sahələrinin təsərrüfat rəhbərinin mülkiyyətində, icarəsində və ya istifadəsində olmasını təsdiq edən sənədlərin surəti (çıxarış, dövlət aktı, torpağın icarə müqaviləsi və s.) Rayon (şəhər) İHB-nın İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələri tərəfindən əkinlərin mövcudluğunu təsdiq edən verilmiş arayış.
Regional Toxum Sertifikatlaşdırma Mərkəzlərinin rayonlar üzrə baş aqronomları tərəfindən qəbul edilmiş sənədlər 8 yanvar 2019-cu il tarixdən 30 yanvar 2019-cu il tarixədək Dövlət Xidmətinə təqdim ediləcək.
Dövlət Xidməti tərəfindən ilk dəfə olaraq toxumluq və tinglik əkin sahələrinin uçotunun dəqiq və müəyyən olunan müddətdə aparılması məqsədi ilə yeni qeydiyyat kitabçaları hazırlanıb, Dövlət Xidməti tərəfindən möhürlənərək RTSM-nin müvafiq rayonlar üzrə baş aqronomlarına verilib. Həmçinin toxumluq əkinlərin qeydiyyatının elektron qaydada aparılması istiqamətində işlərə başlanılaraq yaxın zamanlarda yekunlaşdırılacaq. Bu da toxum və tinglərin sertifikatlaşması prosesinin dəqiq və şəffaf icra olunmasına zəmin yaradacaq.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024