Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanda süni mayalanmanın tətbiqi, heyvanlara qulluq və bəslənmə” adlı təlim keçirilib. Tədbir Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Təlim Türkiydən dəvət olunmuş mütəxəssislər, Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Heyvandarlıq şöbəsinin Təkmilləşdirmə və İnkişaf idarəsinin əməkdaşları Melik Aytac, Hakan Ülgey, Alirza Akıncı və Selcuk Universitetinin professoru Mehmet Bozkurt Ataman tərəfindən keçirilib.
Təlimin əsas məqsədi Türkiyənin süni mayalanma, heyvanlara qulluq və bəslənmə sahəsində təcrübələrini öyrənməklə Azərbaycanda yüksək peşəkarlığa sahib kadrlar hazırlamaqdır. Belə ki, kadr hazırlığında və təlimdə iştirak edəcək mütəxəssisilər Qarabağ bölgəsindən, işğaldan azad edilmiş rayonlardan - Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutundan seçilib. Həmin əməkdaşlara heyvandarlıqda biotexnologiyanın tətbiqi, onun səmərəliyi haqqında məlumatlar verilib. Türkiyəli mütəxəssislər tərəfindən təlim proqramı çərçivəsində süni mayalanmanın texnologiyası, qardaş ölkədə mövcud olan heyvanların şəcərə sistemləri, sürünun idarə edilməsi, süni mayalanma protokolları, xırda və iribuynuzlu heyvanlara qulluq və onların bəslənməsi, yem rasionlarının tərtibi, dişi heyvan üzərində süni mayalanma prosesi, süni mayalanma texnikinin termosuna qulluq və ondan istifadə, embrion köçürmə mövzuları ilə bağlı geniş məlumat verilib, təqdimatlar keçirilib. Təlim iştirakçılarına süni mayalanma üzrə nəzəri biliklərlə yanaşı, təcrübi biliklər öyrədilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Təlim keçmiş süni mayalanma mütəxəssisləri əldə etdikləri bilik və təcrübələri işğaldan azad edilmiş rayonlarda heyvandarlığın inkişafı, məhsuldar heyvan cinslərinin alınması və ərzaq təhlükəsizliyinin təminatı istiqamətində tətbiq edəcəklər.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə 5000 doza olmaqla toxum çəni, süni mayalanma texnikləri üçün 19 ədəd süni mayalanma termosu, 200 ədəd buzov vaksinasiya təqvimi və müxtəlif bədən ölçülərinə uyğun 70 ədəd forma hədiyyə edilib. Həmin ləvazimatlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən işğaldan azad olunmuş rayonlar üzrə hazırlanmış süni mayalanma mütəxəssislərinə paylanacaq.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024