• Ana səhifə
  • Xəbərlər
  • TÜTÜNÇÜLÜKDƏ AQROTEXNİKİ QAYDALARA ƏMƏL OLUNMASI İLƏ BAĞLI TƏLİM-SEMİNAR KEÇİRİLİB
TÜTÜNÇÜLÜKDƏ AQROTEXNİKİ QAYDALARA ƏMƏL OLUNMASI İLƏ BAĞLI TƏLİM-SEMİNAR KEÇİRİLİB
 

Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) təşkilatçılığı ilə fermerlərə “Tütün bitkisinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirilib. 

Təlim Balakən rayonu Qazbinə kəndində fermer Dadayeva Ayparə Şaban qızının təsərrüfatında, Virciniya və Berley tipli tütün sortlarından ibarət 16 ha sahədə baş tutub.  

Təlimi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasının “Əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri Nərgiz Abdullayeva keçib. 

Fermer və fərdi təsərrüfat sahiblərinə “Tütün bitkisinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusu üzrə təlim materialı geniş şəkildə çatdırılıb və praktiki olaraq sahədə göstərilib. 

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb, fermerləri maraqlandıran suallar cavablandırılıb, tövsiyə broşurları iştirakçılara təqdim olunub.