Ucar rayonunda “Respublikada payızlıq taxıl əkinlərinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrin yerinə yetirilməsi” mövzusunda regional müşavirə keçirilib. Tədbirdə Ağdam, Ağdaş, Ağcabədi, Ağsu, Bərdə, Füzuli, Göyçay, Göygöl, Şamaxı, Şəmkir, Tərtər, Ucar, Yevlax, Zərdab və Samux rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və mütəxəssisləri iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev rəhbərliyi ilə keçirilən müşavirədə bildirilib ki, 2020-ci ilin məhsulu üçün respublika üzrə 1 milyon hektardan çox sahədə payızlıq taxıl səpini nəzərdə tutulur. Dövlət Aqrar İnkişaf Mərkəzlərindən daxil olmuş operativ məlumatlara əsasən, indiyədək ölkə üzrə bu ərazilərin 98 faizində payızlıq taxıl səpini başa çatdırılıb. Qeyd edilib ki, pambıq əkinindən sonra növbəli əkin sisteminin tətbiqi məqsədilə pambıqçılıq rayonlarında az miqdarda qalan sahələrdə səpin qısa müddətdə başa çatdırılacaq.
Tədbirdə dəvət olunan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və mütəxəssisləri ilə son aylarda ölkə ərazisində müşahidə edilən kəskin quraqlıq və suvarma suyunun çatışmaması nəticəsində taxıl sahələrinin suvarılmasında yaranmış çətinliklərin aradan qaldırılması yolları, əkin sahələrinin fitosanitar vəziyyəti, növbəti mərhələlərdə aparılacaq aqrotexniki tədbirlərin yerinə yetirilməsi üçün pestisid və yemləmə gübrələri ilə təminatın vəziyyəti geniş müzakirə edilmişdir.
Müşavirədə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Yaqub Cəfərov taxıl əkin sahələrinin fitosanitar vəziyyəti və qarşıda duran işlər, taxıl əkinlərində aparılmış monitorinqlər, həyata keçirilən tədbirlər, çətinliklər və onların həlli yolları barədə məlumat verib.
Tədbirdə qısa müddətdə taxıl sahələrinin suvarılmasının intensivləşdirilməsi məqsədilə təsirli tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub və nəticəsi barədə Nazirliyə müntəzəm məlumatların təqdim olunması qərara alınıb.
Tədbirin sonunda Ucar rayonunun bir neçə kəndində müxtəlif vaxtlarda əkilmiş taxıl sahələrinə baxış keçirilib, müvafiq məsləhətlər verilib.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024