Bu il hava şəraitində baş verən tərəddüdlər və qeyri-sabitlik üzümçülük üçün ciddi risklər yaratmaqdadır. Hazırda bəzi regionlarımızda yaz şaxtaları baş verir, bağlara ciddi ziyan dəyir. Buna görə də üzümçü fermerlər hava şəraitinin mənfi təsirlərinin aradan qaldırılmasına xüsusi diqqət yetirməlidir.
Bölgələrimizin təbii iqlim xüsusiyyətindən asılı olaraq üzüm tumurcuqlarının açılması və zoğların böyüməsi (3-7 yarpaq mərhələsi) mərhələsindədir. Bu dövrdə üzüm bitkisində vacib morfofizioloji proses olan çiçəklərin diferensasiyasının davamı prosesi gedir. Bu dövrdə müşahidə edilən temperatur tərəddüdləri, o cümlədən soyuq hava şəraiti tumurcuqların açılmasına və çiçəklərin diferensasiyasına mənfi təsir edir. Bu zaman tənəklərdə quru budama zamanı saxlanmış gözcüklərin bir qismi açılımır və çiçək topaları bığcıqlara reduksiya olunur. Bu isə üzümün məhsuldarlığına kəskin təsir edir. Bununla yanaşı, iqlim dəyişkənliyi ilə əlaqədar bəzi illərdə qışın mülayim keçməsi üzümdə gözcüklərin tez oyanmasına səbəb olur, tənəklər erkən yazda müşahidə edilən yaz şaxtalarının təsirinə məruz qalır. Bu da gözcüklərin zədələnməsinə, yaxud məhv olmasına gətirib çıxarır.
Keçən il aprel ayının sonlarında (18-23 aprel 2019-cu il) dünyanın bir çox ölkəsində, o cümlədən respublikamızda müşahidə edilən şaxtalı havalar üzümlüklərə öz mənfi təsirini göstərmişdi. Xüsusilə, Salyan rayonunda tənəklər 5-7 yarpaqlı yaşıl zoğ mərhələsində olduğundan üzümlüklərə ciddi ziyan dəymişdi. Analoji hadisə Türkiyənin mülayim iqlimə malik regionlarında əkilib-becərilən üzümlüklərində də müşahidə edilmişdi.
Ümumiyyətlə, şaxtalar şərti olaraq qış, payız və yaz şaxtaları kimi təsnif olunur. Bu şaxtalar ilin müxtəlif fəsillərində, tənəyin müxtəlif inkişaf fazalarında baş verdiyi üçün zədələnmənin dərəcəsi və xarakteri, onların mənfi təsirinin aradan qaldırılması yolları da xeyli fərqlidir.
Şaxtalar əsasən səhər çağlarında olduğu üçün ona səhər şaxtaları deyilir. Şaxtalar təsərrüfatın yerləşdiyi əraziyə qəflətən soyuq Arktika havasının daxil olmasından və torpaq istisinin güclü surətdə itməsindən baş verə bilər. Güclü yaz şaxtalarına Azərbaycan şəraitində aprel ayının axırıncı, may ayının birinci və ikinci ongünlüyündə təsadüf edilir. Yaz şaxtaları üzümçülük üçün çox ciddi fəsadlar törədir. Yazda tənəyin yaşıl hissələri, zoğların ucundakı buğumaraları, zoğun orta və aşağı yaruslarda olan yarpaqları temperatur 00C-dən aşağı endikdə zədələnir, təqribən 0,5-0,70C-də açılmaqda olan tumurcuqlar, zoğların uc hissələri və çiçək topaları məhv olur. Zəif zədələndikdə zoğlarda və yarpaqlarda bozumtul-qonur ləkə əmələ gəlir. Qısamüddətli şaxtalar bütün yaşıl hissələri zədələyir. Yazın şaxtaları yarpaqları çox, gilələri isə nadir hallarda zədələyir.
Şaxtalar zamanı tənəyin ən çox birillik zoğları və üzərindəki gözcüklər ziyan çəkir. Əksər üzüm sortlarında mənfi 15-180C temperaturda 3-4 gün müddətində gözcüklərin 60-70%-i zədələnir. Tənəyin orqanlarından şaxtaya ən davamsız olanı gözcükdəki əsas tumurcuqlardır. Kök sistemi çoxillik ştamba, çoxillik zoğlara və birillik zoğlara nisbətən davamlıdır. Ümumiyyətlə, mənfi 10-150C-dək uzunmüddətli şaxta nəticəsində gözcüklərin bir qismi məhv olur. -140C şaxta 20 gün və daha çox davam edərsə, gözcüklərin müəyyən hissəsi zədələnir. 3-4 gün ərzində temperatur mənfi 150C-dən -180C-yə enərsə, davamsız sortlarda gözcüklərin xeyli hissəsi (40-60%) məhv olur. -180C şaxta 3-5 gün ərzində davam edərsə, yerüstü hissənin qollarının əksəriyyəti zədələnir. Mənfi 22-260C temperaturda tənəyin gövdə qarışıq bütün yerüstü hissəsi məhv olur. Köklər isə torpaqda -7-100C temperatur olduqda tamamilə şaxtadan zədələnə və quruya bilər.
Ədəbiyyat məlumatlarından bəllidir ki, Azərbaycanın yerli üzüm sortları mənfi 18-200C-dən aşağı şaxtaya davam gətirə bilmir. Naxçıvanda Araz vadisindəki rayonlarda qışda şaxtalar çox vaxt 200C-dən, bəzən də 300C-dən də aşağı düşdüyü üçün burada tənəkləri qışda basdırırlar.
Şaxtalara qarşı mübarizəni üç qrupda cəmləşdirmək olar:
Şaxtaya davamlılıqlarına görə üzüm sortları müxtəlif olur. Üzüm sortlarının davamlılıq əlaməti gözcüklərin gec açılması və gözcüklərdə olan ehtiyat tumurcuqların məhsulvermə qabiliyyəti ilə əlaqədardır. Üzümçülük təsərrüfatlarında şaxta tez-tez olan yerlərdə şaxtaya davamlı sortlar əkmək lazımdır.
Tənəyə aqrotexnika ilə təsir etmək. Tənəyin şaxtaya davamlılığını artırmaq məqsədilə zoğların yetişməsinə yaxın, normal fizioloji nəmlik və assimilyatların miqdarını artırmaq üçün bir sıra aqrotexniki tədbirlər tətbiq edilir. Yetişməni yaxşılaşdıran bütün tədbirlər tənəyin şaxtaya davamlılığını artırır.
Zoğların vaxtında və düzgün bağlanması, günəş şüasının düşməsini artırır eləcə də assimilyasiya üçün yaxşı şərait yaradır. Bundan başqa, bicvurma və ucvurma əməliyyatları tənəyin günəş şüasından normal istifadə etməsini təmin edir. Xəstəlik və zərərvericilərə qarşı mübarizə də tənəyin müqavimətini artırır. Qısa formalar və zoğların torpağa yaxın olması da temperatur rejimini yaxşılaşdırır.
Aqrotexniki tədbirlərin tənəyi əhatə edən mühitə təsiri:
1) tənəyin şaxtaya qarşı davamlılığını artırmaq;
2)şaxtaların təsirindən bilavasitə kolu mühafizə etmək kimi tədbirlərə yönəldilir.
Şaxtaya qarşı tənəyin davamlılığını artırmaq üçün kalium gübrəsini digər gübrələrə nisbətən daha çox vermək lazımdır. Təcrübələr göstərir ki, tənəyə azot və fosfora nisbətən kaliumu çox verdikdə onun şaxtaya davamlılığı artır. Zoğların yetişmə dövründə kalium tənəyə əlavə gübrə kimi verildikdə nəticəsi daha yaxşı olur, əksinə, azot gübrələrinin gec verilməsi və suvarılmanın ləngidilməsi kolun şaxtaya davamlılığını zəiflədir.
Çox şiddətli şaxta olan rayonlarda (üzümlüklər basdırılan rayonlarda) kollar torpaqdan gec çıxarılır. Bu halda gözcüklərin çürüməsinə (kiflənməsinə) və tənəyin qırılmasına diqqəti artırmaq lazımdır.
Gözcükləri torpaq səthindən uzaqlaşdırmaq məqsədilə, tənəklərə ştamblı formalar verilməlidir. Şimal rayonlarında salxımlar torpaq səthindən uzaqlaşdırıldıqda tam yetişmir, şəkərliliyin miqdarı aşağı olur, ona görə də şaxtalı dövrdə qolları torpaq səthindən yuxarı qaldırmağa imkan verən formalar tətbiq etmək lazımdır. Bar barmaqlarını şaquli bağlamaq olar, bu halda yuxarı gözcüklər polyarlığa əsasən oyanır və aşağı gözcüklərin açılmasını ləngidir. Şaxtalar sona çatdıqdan sonra zoğun yuxarı hissəsi kəsilir və bar barmağı üçün lazım olan hissə saxlanır.
Şaxtalar düşənə qədər sahəni alaq otlarından təmizləmək lazımdır. Təcrübə göstərir ki, şaxtalı günlərdə alaqlı sahələrdə təmiz sahələrə nisbətən şaxta 2-2,50C artıq olur. Kələ-kötürlü torpaq səthi olan sahələr hamarlandıqda günəş şüası və istiliyi torpaq tərəfindən yaxşı udulur. Nəticədə kələ-kötürlü sahədə temperatur, yumşaldılmış torpaq səthi olan sahə ilə müqayisədə 50C yuxarı olur.
Son dövrlərdə Avropa ölkələrində şaxtaya qarşı “yağış yağdırma, yaxud su çiləmə” üsulundan geniş istifadə edilir. Bu yalnız əvvəlcədən yağış yağdırma üsulu ilə suvarma sistemi qurulmuş üzümlüklərdə mümkün olur. Ərazidə temperatur +1,50C və aşağı düşən kimi sistem avtomatik olaraq işə düşür və sahə yağışvari sulanır. Bu zaman çilənən su havanın temperaturunu yüksəldir və donvurma təhlükəsi aradan qalxır. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, şaxta olduqda üzümlükdə və ya bağda süni yağış yağdırılması həyata keçirilir. Bunun üçün çiləyici bitkidən 1-2 m yüksəyə qaldırılır. Çiləmə (suyun təzyiqi, çiləyicinin deşiklərinin ölçüsü) elə şəkildə nizamlanmalıdır ki, çilənən su “çiskin yağışı” şəklində sahəyə düşsün. Belə çiləmə şaxta düşməsindən 2-3 saat əvvəl başlanmalı və havanın temperaturu 0°C-dən yuxarı qalxana qədər davam etməlidir.
Ədəbiyyat mənbələrinə istinadən, belə çiləmə üzümü -5 və -6°C-ə qədər şaxta, bağları isə daha aşağı temperaturlardan qoruya bilər. Burada suyun buxarlanma effekti, bitkilərin turqor vəziyyəti, həmçinin suyun nisbətən gec donması və donunun çox gec açılması mühüm rol oynayır. Belə olan halda, bitki donur və sonra donu açılır, digər fikrə görə isə yarpağın üzərində əmələ gələn buz qabığı onun çox donmasına yol vermir və bununla da onu xilas etmiş olur .
Ənənəvi olaraq şaxtalar gözlənildikdə sahənin ətrafı və içərisində peyin və ağac kəpəyi topası, yaxud da xüsusi vedrələrdə od yandırmaqla qatı tüstü vermək, yaxud da həmin sahədə hava cəryanının yaradılması və havanın qarışdırılması məqsədəmüvafiqdir. Fransada bir çox üzüm istehsalçıları donvurma xəbardalığı verilən vaxtlarda axşam və səhərlər bağın müxtəlif yerlərində bidonlrda ocaq yandıraraq təhlükəni aradan qaldırırlar.
Son dövrlərdə donvurmaya qarşı “gecə inversiyasına” əsaslanan havanın ventiyasiyasını təmin edən, yaxud hava qatlarını qarışdıran xüsusi “don pərvanələrindən”- külək maşınlarından da istifadə edilir. Bunların stasionar və traktor vasitəsilə çəkilən modelləri vardır.
Üzümdə yaz şaxtaları daha çox vegetasiya mərhələsinin daha tez başlayan gözcükləri tez oyanan, tez açılan sortlarda baş verir. Ona görə də, üzüm sahələrində rast gəlinən tez oyanma problemlərinə qarşı aşağıdakı aqrotexniki tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur (gözcüklərin açılma müddətini dəyişdirən aqrotexniki tədbirlər):
Tənəyin şaxta ilə zədələnməsi aşağıdakı əlamətlərlə müəyyən edilir:
- tənəyin kəsiyində tünd-qonur xətlər, yaxud qabıqda və oduncaqda ləkələrin olması;
- güclü zədələnmə zamanı bütün eninə kəsiyin qonur rəngdə olması;
- qabıq toxumalarının uzununa zolağında mantar toxumalarının bilavasitə altında tünd nazik haşiyələr ikinci qabığın ölməsini göstərir ki, bu da zəif zədələnmə hesab edilir;
- gözcüklər zədələndikdə, əsas tumurcuğun bütün başlanğıc yaşıl hissələrinin qonurlaşması baş verir;
- bərk şaxtalarda qonur rəng ehtiyat tumurcuqlara da yayılır, lakin tumurcuğun yastıqcığı yaşıl qalır. Şaxta uzun müddət davam edərsə, yastıqcıq da qonurlaşır. Belə gözcüyü bütün boy nöqtələri ilə birlikdə ölmüş hesab etmək lazımdır;
- uzun sürən bərk şaxtalarda tənəyin gövdəsi çatlayır. Bu, tənəyin yerüstü hissəsinin gövdə ilə birlikdə qurumasını göstərən əsas əlamətdir.
Vüqar Səlimov
Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər doktoru
Mövlud Hüseynov
Texnika üzrə fəlsəfə doktoru
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024