Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron təcrübə stansiyasında mövsümi qulluq tədbirləri davam etdirilir. İnstitutun sərəncamında olan ampeloqrafiya bağında yerli sortlardan ibarət kolleksiya sahəsi yaradılır. Mövsümlə əlaqədar olaraq üzüm bağında səmərəli budama və formavermə üsullarından istifadə edilir. Sahədə “kələsər”, “sərilən” və “başcıq” becərilmə üsulu tətbiq edilib.
Yeni mövsümə hazırlıqla bağlı Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, şöbə müdiri Nicat Nəsirli stansiyada olaraq aparılan yenidənqurma işləri ilə tanış olublar. İnstitutun direktoru Vüqar Səlimov məlumat verib ki, “kələsər” üsulu üzümlüklərdə heç bir dayaq olmur, tənəklərin aşağı hissəsində yerdən 40-60 sm hündürlükdə tənəyin gövdəsi və bu gövdənin başında kötüklər (başcıq) əmələ gətirilir. Kötüklərin üzərində 3-4 gözcükdən ibarət qısa-qısa zoğlar saxlanılır. Tənəklərin kötükləri və üzərindəki buynuzaoxşar çiliklər camış kəlləsinə bənzədiyi üçün bu formaya “kələsər” deyirlər.
Azərbaycanda qədim dövrlərdən bəri paya və qamışlara bağlanan alçaqboylu tənək forması yayıldığı kimi, heç bir dayağı olmayan, torpağın yaxud qumun üzərinə uzadılmış halda becərilən tənəklər – “sərilən forma” da geniş yayılıb. Bu üsul Abşeron üzümlüklərində üstünlük təşkil edir. Bu üsul yerli əhalinin qədim əkinçilik mədəniyyətinə mənsub becərilmə sistemidir. Bu becərmə üsulunun üstün və mənfi cəhətləri çoxdur. Belə ki, tənəklər yerə sərildiyindən, qumla təmasda olduğu üçün yetişmə zamanı torpaqdakı, yaxud qumdakı yüksək istilik məhsulun tam yetişməsini təmin edir və gilələr yüksək şəkərlilik toplayır. Bu becərmə sistemində tənəklərə yüksək qulluq işləri tələb olunmur.
Başcıq forması-dünyanın bir çox üzümçülük ölkələrində məhsul verən üzümlüklərdə az miqdarda, fillokseraya davamlı anaclıqlarda isə geniş miqyasda tətbiq edilir. Başcıq forması ştablı və ştambsız olur. Belə formalı tənəklərdə tənəklər budanan zaman başcıqda 2-3 gözcüklü 5-6 ədəd əvəzedici çilik saxlanılır. Bu formalar becərilən tənəklər azməhsuldar olmaqla az ömür (20 ilə qədər) sürürlər. Bu sistem ən çox qışda örtülməyən bölgələrdə, şpaler sisteminin qurulması, o cümlədən üzərində bar çilikli (manqası) qolların formalaşdırılması mümkün olmayan ərazilərdə tətbiq edilir.
Sahəyə baxış zamanı üzümçülük sahəsində yeni innovasiyaların tətbiqi, bu istiqamətdə üzümçü fermerlər arasında maarifləndirmə tədbirlərinin gücləndirilməsi müzakirə olunub.
Daha sonra institutun kollektivi ilə görüş keçirilib. Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bildirib ki, üzümçülük aqrar iqtisadiyyatın aparıcı sahəsi olduğu üçün bu sahədə elmi təminat gücləndirilməlidir, Üzümçülük və Şərabçılıq Elmi- Tədqiqat İnstitutunun fəaliyyəti çox əhəmiyyətlidir. “Əldə olunan elmi nəaliyyətlərin torpaq adamlarına çatdırılması, tədqiqatların fermeryönümlü olması əsas hədəflərdəndir. Dövrün tələblərinə uyğun olaraq tədqiqatlar fermerlərin problemləri üzrərində qurulmalı, səmərəli iqtisadi nəticələrə gətirib çıxarmalıdır. Eyni zamanda, aqrar iqtisadiyyatın tələbləri ilə sıx bağlı olmalıdır. Fermerlərə mədəni əkinçilik, resurslara qənaət, məhsuldar tingçiliyin təşkili bacarıqları aşılanmalıdır. Üzümçülük iqtisadi əhəmiyyəti ilə yanaşı sosial xarakter daşıyır, əməktutumlu, ixracyönümlü istiqamət olduğu üçün bu sahə dövlətin diqqət mərkəzindədir”,- deyə İ.Cümşüdov bildirib.
İnstitut əməkdaşları ilə aparılmış müzakirədə müsir becərmə texnologiyalarının tətbiqi, üzümçülük sahəsində aqrobiznes dəyər zəncirini özündə ehtiva edən “ağıllı bağ” sisteminin yaradılması, tədqiqat işlərinin müasirləşdirilməsi, aparılan elmi-seleksiya işləri çərçivəsində şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması, ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə və imkanlara malik sortlardan əkin materialının əldə edilməsi müzakirə olunub.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024