Üzüm və şərab istehsalçıları fillokseraya davamlı üzüm tinglərini xaricdən gətirərək geniş sənaye üzüm bağları salırlar. Bu sortlar Azərbaycan şəraitində yeni olduğundan fermerlər onun morfobioloji, davamlılıq, aqroekoloji xüsusiyyətləri, becərilmə texnologiyası və mühafizəsi sahəsində az məlumatlıdılar və becərilmə zamanı çətinliklər çəkirlər, elmi əsaslandırılmış tövsiyələrə ehtiyac duyurlar. Ona görə də bu sortların aqrobioloji və aqroekoloji parametrləri, becərilmə texnologiyası-formaverilmə, quru və yaşıl budama, yük normaları, gübrələrə və suya tələbatları, kimyəvi preparatlara münasibəti, xəstəlik və zərərvericilərə həssaslıqları kimi xüsusiyyətləri elmi əsaslarla öyrənilərək fermerlərə tövsiyə olunmalıdır.
Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alimləri ölkəyə yeni gətirilmiş bir çox üzüm sortlarının- “Prima”, “Red qlob”, “Viktoriya”, “Ora”, “Parkent”, “Attika”, “Autumun royal”, “Danuta”, “Sentenial sidlis”, “Sultanina”, “Superior”, “Aleatiko”, “Alikant buşe”, “Karignan”, “Qara qrenaj”, “Marselan”, “Marsanne”, “Montepulçiano”, “Pino naur”, “Petit verdo”, “Roussanne” kimi sortların aqrobiloji və adaptasiya xüsusiyyətlərinin, becərilmə texnologiyasının öyrənilməsi istiqamətində tədqiqat işləri həyata keçirlər. Bu sortların yerli şəraitə uyğun becərmə texnologiyaları öyrənilərək fermerlərə tövsiyə edilir.
Maarifləndirməni davam etdirmək məqsədi ilə bu həftə institutun əməkdaşları Şamaxı rayonununun Çarhan kədindəki “Xırman” müəssəsinə məxsus üzüm bağlarında “Xarici üzüm sorlarının budama qaydaları” mövzusunda tarla-seminarı keçiriblər. Seminarda üzüm bağında əkilib-becərilən xarici “Red qlob”, “Viktoriya”, “Çəhrayı tayfı” üzüm sortlarının konkret şəraitdə əyani formada budaması aparılıb, müvafiq formalar müəyyən edilib.
Tarla seminarında iştirak edən Aqrar Elm və İnnovasiya Mərkəzinin baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Sənan Zeynalov isə üzümçülüyün inkişafına verilən dövlət dəstəyi haqqında mülumat verib. Bildirib ki, bu ildən üzüm bağlarının salınmasına hektara görə 800 manat subsidiya veriləcək ki, bu dəstək fermerlər üçün yeni bağlar salmaqda ciddi maddi imkan yaradır.
Sonda üzüm bağının mütəxəssisi Novruzəli Bünyatova institut əməkdaşları tərəfindən hazırlanmış, üzümün becərilmə texnologiyasından bəhs edən “Üzümçülükdə diferensial texnologiyalar və risklər” adlı kitab hədiyyə olunub.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024