“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı “Kənd Sovqatı” layihəsinin icrasını davam etdirir. Belə ki, dünyada yayılmış COVİD-19 pandemiyası səbəbilə ölkədə tətbiq edilən xüsusi karantin rejimində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi ilə birgə müxtəlif dəstək addımılarında iştirak edən Aqrar İnkişaf Könüllüləri bu istiqamətdə daha bir uğurlu aksiya yaradaraq 65 yaşdan yuxarı ahıllar və aztəminatlı ailələr üçün “Kənd Sovqatı” layihəsi çərçivəsində ərzaq yardımına başlayıblar. Könüllülər ilkin mərhələdə 50 regionda 150-dək ailəyə kömək edəcəklər, lakin dəstək göstərən tərəfdaş şirkətlərin qərarlarına uyğun olaraq ailələrin sayının 1000-ə qədər yüksəldilməsi hədəflənib.
Könüllülər eyni zamanda bir neçə böyük layihədə çalışırlar. Onlar əhalinin maariflənidirilməsi, yerlərdə insanların onlayn fəaliyyətinə dəstəyin verilməsi, eləcə də yaşlı və ehtiyaclı insanların araşdırılıb qeydə alınması və onlara müxtəlif istiqmətli dəstəyin verilməsində iştirak edirlər.
Məlumat üçün bildirək ki, əvvəlki illərin də ənənəsi ilə “Kənd Sovqatı” “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının uzunmüdətli davamlı layihəsidir. Layihənin məqsədi sosial məsuliyyət prinsipi əsasında yardıma ehtiyacı olan ailələrin müəyyən edilməsi, onlara psixoloji və maddi dəstəyin göstərilməsidir. Layihə çərçivəsində ölkənin bütün regionlarında müxtəlif ailələrin ehtiyacları nəzərə alınıraq dəstək göstərilir, həmçinin şəhid ailələri və ahıllar könüllülər tərəfindən mütəmadi ziyarət edilir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024