2020-ci ildən tətbiq olunacaq yeni subsidiya mexanizmi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatla əlaqədar bölgələrdən təlimlər davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 10 nəfərdən ibarət təlimçilər qrupu Gəncə şəhəri, Cəlilabad, Quba, Qusar, Xaçmaz, Beyləqan, Goranboy, Bərdə və Saatlı rayonlarında fermerlərə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatla bağlı informasiya məsləhət xidməti göstərirlər.
Sentyabrın 16-dan başlayan təlimlərə 1123 fermer, 257 kənd icra və bələdiyyə nümayəndəsi və nazirliyin tabeli qurumlarının 212 əməkdaşı qatılıb. Dörd gün davam edən təlimlərdə ümumilikdə 1592 nəfərə yeni subsidiya mexanizminin tətbiqi, subsidiyaların hesablanma qaydaların, əmsalların müəyyənləşməsi proseduru, EKTİS-də məlumatları sistemə daxil etmək ardıcıllığı barədə geniş məlumat verilib.
Təlimlər Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi qrafik əsasında digər bölgələrdə davam etdiriləcək.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024