Ölkəmizdə xam pambıq istehsalının dinamik inkişafını təmin etmək, toxuculuq sənayesinin mahlıca olan tələbatını ödəmək üçün məhsuldar, tezyetişən, xəstəlik və zərərvericilərə qarşı davamlı, qlobal iqlim dəyişikliyi fonunda innovativ üsullarla ekoloji stressə davamlı pambıq sortlarının yaradılması istiqamətində elmi tədqiqatlar aparılır.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda (BMTB ETİ) aparılan çoxsahəli seleksiya işi nəticəsində 10-dan artıq yeni pambıq sortları rayonlaşdırılıb. Gəncə-110, Gəncə-114, Gəncə-160 və Gəncə-182 pambıq sortlarının ilkin toxumçuluq işi qurulmuş və elit toxumçuluq təsərrüfatlarında elit toxumları hazırlanmışdır. Salyan və Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərində (RAEİM) Gəncə-110 pambıq sortu, Beyləqan rayonunda Gəncə-114 pambıq sortu, Gəncə RAEİM-də Gəncə-182 pambıq sortu, Mil Təcrübə Stansiyasında isə Gəncə-160 pambıq sortunun elit toxumları hazırlanmaqdadır.
2019–cu ildə istehsal olunmuş pambıq sortları müxtəlif fermer təsərrüfatlarında əkilmişdir. Belə ki, Beyləqan rayon Qaradağlı kəndində fermer Əjdər Hüseynovun sahəsində Gəncə-160 pambıq sortu (3 ha), Allahyar Müslümovun sahəsində Gəncə - 110 pambıq sortu (3 ha), Saatlı rayonu Mustafabəyli kəndində fermer Əliabbas Şəmmədovun sahəsində Gəncə-110 pambıq sortu (20 ha), Salyan rayonu Sarvan kəndində Mərdan Cəlilovun əkin sahəsində Gəncə-160 (12 ha) pambıq sortu əkilmişdir. Həmçinin, vahid sahədən iki məhsul almaq məqsədilə Sabirabad rayonu Yenikənd kəndində arpa biçinindən sonra “Fructus” şirkəti 27 hektar sahədə və Neftçala rayonu Xolqarabucaq kəndində Alim Abdullayev 2 hektar sahədə Gəncə-110 pambıq sortları əkmişlər. Arpadan sonra əkilmiş Gəncə-110 pambıq sortu hal hazırda kütləvi qönçələmə fazasındadır və oktyabr ayının sonlarında hektardan 30-35 sentner xam pambıq yığımı gözlənilir.
BMTB ETİ-də yeni yaradılmış pambıq sortlarından Beyləqan, Saatlı və Salyan rayonlarındakı sahələrdən hektardan 50 sentner xam pambıq məhsulu gözlənilir. Xam pambığın məhsulunun yığımı avqust ayının ikinci yarısında başlanacaq və sentyabr ayının sonunda başa çatacaq.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024