Zaqatala rayonunda Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Bölgə Təcrübə Stansiyasında “Yeni istifadəyə verilmiş toxumtəmizləmə qurğuları ilə taxıl toxumunun təmizlənməsi, dərmanlanması və qablaşdırılması”na həsr olunmuş regional müşavirə keçirilib. Tədbirdə Dövlət Fitosanitar Xidmətinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri və bölgə fermerləri iştirak ediblər.
Müşavirənin əsas məqsədi toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, toxum istehsalında innovativ texnologiyaların tətbiqi, yeni perspektiv sortların toxumlarının nümayişi, müasir toxumtəmizləmə qurguları ilə toxumların təmizlənməsi, dərmanlanması qablaşdırılması prosesi ilə əyani tanış olmaq, fermerlərlə fikir mübadiləsi aparmaq və fermerlərin sertifikatlı toxumlara marağının stumullaşdırılmasından ibarətdir.
Regional müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov çıxış edərək taxilçılığın və toxumçuluğun inkişafına göstərilən dövlət qayğısından, tətbiq olunan güzəştlərdən danışaraq toxumçuluğun kənd təsərrüfatının strateji bir sahəsi olduğunu və qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənilməsi olduğunu bildirib. İ.Cümşüdov daim fermerlərin yanında olmaq və onların qarşılaşdıqları problemlərin yerində həll olunmasını rəhbərlik tərəfindən qarşıya bir vəzifə olaraq qoyilduğunu diqqətə çatdırıb.
Eyni zamanda Respublikada 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin istifadəyə verildiyini və toxumun keyfiyyəti ilə bağlı analizlərin bu mərkəzlərin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında aprıldığını bildirərək fermerlərin bu laboratoriyaların potensial imkanlarından istifadə etmələrini məqsədəuyğun hesab edib.
İ.Cümşüdov Zaqatala və Qobustan BTS-da istifadəyə verilmiş toxumtəmizləmə qurğuları ilə yanaşı Toxum Fondu tərəfindən Respublikanın 5 bölgəsində iri toxumtəmizləmə zavodlarının tikilib fermerlərin istifadəsinə veriləcəyini bildirib. Eyni zamanda toxumçuluğun inkişafının sürətləndirilməsi məqsədi ilə “Toxumçuluq haqqında Dövlət Proqramı”nın hazırlandığını qeyd edib.
Müşavirədə Əkinçilik ET İnstitutunun direktor müavini Atif Zamanov orijinal, super elit və elit toxumların istehsalı, Zaqatala Bölgə Təcrübə Stansiyasının direktoru Nəbi Kərimov yeni məhsuldar sortların ilkin toxumçuluğunun təşkili və BSQTN DX-nin şöbə müdiri Qərib Novruzlu toxumçuluq təsərrüfatlarının standarta uyğun reproduksiyalı toxum istehsalı mövzularında çıxışlar etmiş və bu sahənin inkişafı ilə bağlı öz təkliflərini veriblər.
Müşavirədə iştirak edən fermerlər bu sahədə qarşılaşdıqları problemlər barədə söhbət açmış, problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb və onların həll olunması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonda müasir toxumtəmizləmə qurğusunda toxumun təmizlənməsi, dərmanlanması, qablaşdırılması və etiketlənməsi prosesi ilə əyani tanış olunub və bu tip innovativ texnologiyaların tətbiq olunmasının əhəmiyyəti fermerlərin nəzərinə çatdırılıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024