Elanlar

  • Ana səhifə
  • Elanlar
  • Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək

Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı cari həftə ərzində Xaçmaz, Quba, Şabran, Siyəzən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Hacıqabul, Saatlı, Neftçala və Salyan rayonlarında baş tutacaq.

Səyyar satışlar noyabrın 13-də Xaçmazın Uzunoba, Qazaxın Orta Salahlı və Hacıqabulun Nəvahi kəndlərində, noyabrın 14-də Şabranın Təzəkənd, Ağstafanın Poylu və Saatlının Çolpu kəndlərində, noyabrın 15-də Qubanın Zərdabi, Tovuzun Humanlar və Neftçalanın Xolqarabulaq kəndlərində, noyabrın 16-da Siyəzənin Giləzi qəsəbəsində, Şəmkirin Ağlavaşlı və Salyanın Yenikənd kəndlərində baş tutacaq.

Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.