Elanlar

  • Ana səhifə
  • Elanlar
  • Bu həftə 13 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək

Bu həftə 13 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Zaqatala, Balakən, Qax, Oğuz, Kürdəmir, Ağsu, Qobustan, Cəlilabad, Biləsuvar, Bərdə, Goranboy, Ağdam və Tərtər rayonlarında təşkil ediləcək.

Səyyar satışlar noyabrın 5-də Zaqatalanın Aşağı Tala, Qobustanın Mərəzə və Bərdənin Çələbilər kəndlərində, noyabrın 6-da Balakənin Püşdatala, Ağsunun Kəndoba və Bərdənin Hüseynalılar kəndlərində, noyabrın 7-də Qaxın Qum qəsəbəsində, Kürdəmirin Çöhranlı və Goranboyun Fəxralı kəndlərində, noyabrın 8-də Qaxın Qıbçaq, Cəlilabadın Günəşli və Ağdamın Əfətli kəndlərində, noyabrın 9-da Şəkinin Cumakənd, Biləsuvarın Ağalıkənd və Tərtərin Hüsənli kəndlərində baş tutacaq.

Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.