Müraciət










Hörmətlİ İstİfadəçİlər!

Hər bir internet səhifəsi istifadəçisinin kənd təsərrüfatı nazirinə məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

 

Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər ”Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli, 1308-IVQ nömrəli QANUNU, habelə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nı uyğun olaraq qeydiyyata alınır və baxılır.

Qeyd


Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin Bakı-Sumqayıt şəhərləri - rayon arasında - hərəkətinə aşağıdakı hallarda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin arayışına əsasən yol verilir:
1-ci kateqoriya üzrə - kənd təsərrüfatı məhsullarının və xammalının istehsalı, tədarükü, təchizatı, saxlanması, istehsal yerindən anbarlara daşınması, emalı ilə bağlı fəaliyyət;
2-ci kateqoriya üzrə - heyvandarlıq sahəsində fermer fəaliyyəti: baytarlıq tədbirlərinin aparılması (EKTİS-də qeydiyyatdan keçən baytar həkimlər), süni mayalandırma işlərinin həyata keçirilməsi və arıçılıq təsərrüfatlarının fəaliyyəti ilə bağlı) heyvanların yemlənməsi, məhsullarının toplanması, daşınması (heyvan və ya məhsul); iri və xırdabuynuzlu heyvanların qış otlaqlarından yay otlaqlarına aparılması;
3-cü kateqoriya üzrə - bitkiçilik sahəsində fermer fəaliyyəti: şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılması;
4-cü kateqoriya üzrə - gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, aqrokimyəvi maddələrin daşınması, təchizatı, suvarma və kənd təsərrüfatı texnika və materiallarının qurulması və tətbiqi;
5-ci kateqoriya üzrə - aqrotexniki və baytarlıq xidmətlərinin göstərilməsi.