Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda səfərdə olan Türkiyənin Alagöz Holdinq Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Cantürk Alagözün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan nazir Məcnun Məmmədov bildirib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi aqrar sahədə də uğurla inkişaf edir. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər istiqamətlər üzrə sıx və səmərəli əməkdaşlıq edir. Türkiyəli iş adamlarının Azərbaycanın kənd təsərrüfatı sektoruna investisiya qoyuluşu prosesində aktiv iştirak etdiyini xatırladan nazir qeyd edib ki, iki ölkə arasında aqrar sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur.
Alagöz Holdinq Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Cantürk Alagöz ölkəmizdə kənd təsərrüfatının inkişafının dövlət tərəfindən dəstəkləndiyini, bu amilin aqrar sektora investisiya qoyuluşu prosesini daha cəlbedici etdiyini vurğulayıb. Rəhbərlik etdiyi şirkətin Azərbaycanda aqrar sektorla sıx əməkdaşlıq etdiyini bildirən Cantürk Alagöz ölkəmizin kənd təsərrüfatına sərmayə qoyuluşunda maraqlı olduqlarını qeyd edib.
Tərəflər bitkiçilik və heyvandarlıq sahələrinə sərmayələrin cəlb olunması, bu istiqamətlərdə fəaliyyət göstərən iş adamları arasında əlaqələrin gücləndirilməsi barədə razılıq əldə ediblər. Görüşdə iki ölkə arasında aqrar sahədə gələcək əməkdaşlıq perspektivləri, eləcə də aqrar sahəyə dövlətin dəstək mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Zəngilan rayonunun Məmmədbəyli kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün sonuncu müraciətlərin qəbuluna başlanır
12 Fevral 2026
Sahənizlə bağlı don, xəstəlik, zərərverici, hava məlumatları, suvarma, dərmanlama vaxtları ilə bağlı WhatsApp üzərindən məlumat ala bilərsiniz
12 Fevral 2026
Fermerlərə subsidiya ödənişlərinə start verilir
12 Fevral 2026
Zəngilan rayonunun Ağalı kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün sonuncu müraciətlərin qəbuluna başlanır
12 Fevral 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ABŞ Ticarət Palatasının Azərbaycana biznes missiyası çərçivəsində keçirilən dəyirmi masada iştirak edib
10 Fevral 2026