Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində bootcamp keçirilib.
“Bootcamp”ın məqsədi aqrar sahədə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, gənclərin bu istiqamətdə bilik və bacarıqlarını artırmaq, azad edilmiş ərazilərin aqrar potensialı ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
“Bootcamp”da 20-yə yaxın ali təhsil müəssisəsini təmsil edən tələbələr, həmçinin 10-a yaxın akselerasiya və inkubasiya mərkəzinin nümayəndələri iştirak edib. Proqram iştirakçılara kənd təsərrüfatında innovativ həllərin real mühitdə öyrənilməsi, texnoloji yeniliklərlə yerində tanışlıq və təcrübə qazanmaq imkanı yaradıb.
Proqram çərçivəsində təşkil edilən infotur zamanı iştirakçılar Suqovuşan su anbarına səfər ediblər. Onlara bölgənin strateji su ehtiyatlarının idarə olunması, aqrar infrastrukturun bərpası prosesində rəqəmsal texnologiyaların rolu və sənaye müəssisələrinin kənd təsərrüfatı istehsalına inteqrasiyası barədə ətraflı məlumat təqdim olunub.
İştirakçılar həmçinin aqrar sahədə müasir texnoloji həllərin tətbiqinin məhsuldarlığın artırılması, resursların səmərəli istifadəsi və ixrac imkanlarının genişlənməsi baxımından əhəmiyyətini yerində müşahidə ediblər.
"Bootcamp” iştirakçıları Xankəndi şəhərində Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkasına da qatılıblar.
“Bootcamp”ın keçirilməsi gənclərin innovativ texnologiyalar sahəsində biliklərinin artırılması ilə yanaşı, azad edilmiş ərazilərdə aqrar inkişafın dəstəklənməsi və bu prosesə yeni nəsil mütəxəssislərin cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, cari il ərzində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və ali təhsil müəssisələrinin iştirakı ilə Zəngilan, Xaçmaz, Şamaxı rayonlarında və Xankəndi şəhərində "bootcamp" təşkil edilib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Biləsuvarda vətəndaşları qəbul edəcək
12 Noyabr 2025
Nazir müavini Sarvan Cəfərov Şamaxıda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
12 Noyabr 2025
Göyçayda “Nar Festivalı” çərçivəsində “Aqrar Biznes Festivalı” keçirilib
12 Noyabr 2025
Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən aqrar sektorun problemləri üzrə AQEM konfransı keçirilib
07 Noyabr 2025
Saatlıda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
06 Noyabr 2025