12 may - Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşəbbüsü ilə AQTA, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən ağacəkmə aksiyası keçirilib.
Keçirilən aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd edək ki, ictimaiyyətin bitkilərin mühafizəsinə cəlb edilməsi, bitki zərərvericiləri və xəstəliklərinin məhsul itkisinə səbəb olması barədə maarifləndirilməsi, sağlam bitkilərin ekosistemə müsbət təsiri və qida təhlükəsiziliyinin vacibliyinin diqqətə çatdırılması məqsədilə hər il may ayının 12-si Beynəlxalq Bitki Sağlamlığı Günü kimi qeyd olunur.
Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib
14 May 2022
Nazir İnam Kərimov Qusarda vətəndaşları qəbul edib
14 May 2022
Xaçmaz rayonunda “Yaz festivalı” keçiriləcək
12 May 2022
Respublika üzrə kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb
12 May 2022
Çəyirtkələrin miqrasiyasının qarşısı alınır
12 May 2022