Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 13-15 Iyun tarixlərində Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada ümumilikdə 20-yə yaxın regiondan 50-dən çox fermerin iştirakı gözlənilir. 3 gün müddətində, saat 9:00-dan 19:00-dək təşkil olunacaq yarmarkada fermerlər 150-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır. “Kənddən Şəhərə” yarmarkasında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
Qeyd edək ki, satışa çıxarılacaq məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida laboratoriyasının xidmətlərindən faydalana bilərlər.
Nazir Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
18 Iyul 2025
Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
18 Iyul 2025
Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq
17 Iyul 2025
“Günəbaxan bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda tarla seminarı keçirilib
17 Iyul 2025
“Aqrar Tədarük və Təchizat” ASC aqroturizm təsərrüfatlarına mediatur təşkil edib
15 Iyul 2025