Aqrar Tədqiqatlar Mərkəzi Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları, o cümlədən tabeli qurumlarının əməkdaşları üçün Mərkəzin Doktorantura Proqramının təqdimatını təşkil edib. Təqdimatın məqsədi doktorantura təhsilinin təşviq edilməsi, tədqiqatçılar arasında bu sahəyə marağın artırılmasıdır.
Onlayn keçirilən tədbir çərçivəsində iştirakçılara Aqrar Tədqiqatlar Mərkəzinin Doktorantura Proqramı haqqında geniş məlumat verilib, qəbul qaydaları, qəbul prosesi, doktorant və dissertantlara yaradılan şərait barədə danışılıb. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Aqrar Tədqiqatlar Mərkəzi kənd təsərrüfatının iqtisadiyyatı və aqrar siyasət məsələləri üzrə yüksək ixtisaslı kadrların hazırlığı üzrə təhsil proqramına malikdir. Bu proqram üzrə siyasətin əsasını yüksək bilik, müasir tədqiqat üsullarının öyrənilməsi və yerli şəraitdə tətbiqi, çevik, qarşıya qoyulmuş problemləri həll etmək bacarıqları olan tədqiqatçı mütəxəssislərin hazırlığı təşkil edir.
Mərkəzdə kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları həyata keçirilir, bu proqramlar üzrə yüksək ixtisaslı kadrlar hazırlanır.
Doktorantura pilləsində təhsil əyani və qiyabi formalarda aparılır.
Dissertasiyaları yüksək peşəkarlıqla yerinə yetirmələri üçün doktorantlara müvafiq təlimatlar və metodiki dəstək verilir, mütəmadi olaraq müzakirələr keçirilir və fəaliyyətləri dəyərləndirilir.
Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən aqrar sektorun problemləri üzrə AQEM konfransı keçirilib
07 Noyabr 2025
Saatlıda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
06 Noyabr 2025
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağstafada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
06 Noyabr 2025
Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib
06 Noyabr 2025
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
05 Noyabr 2025