Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı və II Türk Dövlətləri Aqrobiznes Forumunun iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər.
Tədbir iştirakçıları, həmçinin “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə əklil qoyaraq türk şəhidlərinə ehtiramlarını bildiriblər.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Beyləqanda vətəndaşları qəbul edəcək
08 Dekabr 2023
Kişineuda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib
08 Dekabr 2023
9-10 dekabr tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
07 Dekabr 2023
Aqrar Sığorta Fondu zərər çəkən fermerlərə 2,8 milyon manat ödəniş edib
07 Dekabr 2023
Kişineuda Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib
07 Dekabr 2023