Kənd Təsərrüfatı Nazirliyində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.
27 Sentyabr - Anım Günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyası Kənd Təsərrüfatı Nazirliyinin və “Respublika Qan Bankı” publik hüquqi şəxsin birgə təşəbbüsü ilə baş tutub.
Aksiyada Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Nazirliyin və tabeli qurumlarının əməkdaşları, Aqrar İnkişaf Könüllüləri iştirak edib.
Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin savab iş olduğunu vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.
Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Regional iqlim seminarı panel sessiyalarla öz işini davam etdirir
26 Sentyabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalovun Biləsuvarda vətəndaş qəbulunun vaxtı dəyişdirilib
26 Sentyabr 2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı nazirləri arasında görüş keçirilib
25 Sentyabr 2024
Bakıda “Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi” mövzusunda regional iqlim seminarı keçirilir
25 Sentyabr 2024
Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
25 Sentyabr 2024