Rusiyanın Dağıstan Respublikasının şimalında çəyirtkələrin kütləvi yayılması və bu səbəbdən fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzi gücləndirilmiş iş rejiminə keçib.
Sərhəd boyu ərazilərdə mütəmadi monitorinqlərə başlanılıb. Miqrasiya təhlükəsi nəzərə alınaraq kimyəvi mübarizənin operativ təşkili üçün bütün texnika və avadanlıqlar tam hazır vəziyyətə gətirilib.
Bölgələrdə müşahidə və nəzarət tədbirləri gücləndirilib, yerli qurumlar zəruri dərman preparatları ilə tam şəkildə təmin olunub.
Qeyd edək ki, çəyirtkələr kənd təsərrüfatı bitkiləri üçün ən təhlükəli zərərvericilərdən biridir. Onlar bitkilərin yarpaq və digər orqanlarını kobud şəkildə gəmirərək zədələyir, nəticədə bitkinin inkişafı dayanır və məhsuldarlıq azalır. Çəyirtkələr taxıl, meyvə-tərəvəz, pambıq və digər mədəni bitki əkinlərinə, hətta meyvə ağaclarına ciddi ziyan vururlar.
Hazırda respublika ərazisində çəyirtkələrin, əsasən daha təhlükəli 3 növünə - Mərakeş (Dociostaurus maroccanus Thunb.), Asiya (Locusta migratoria L.) və İtaliya (Caloptenus italicus (Linnaeus)) çəyirtkələrinə rast gəlinir. Mərakeş çəyirtkəsi geniş yayılmış və çoxsaylı növdür.
Cari ilin əvvəlindən ölkə ərazisində çəyirtkələrə qarşı müşahidə və mübarizə tədbirlərinə başlanılıb və bu tədbirlər mövsüm ərzində ardıcıl şəkildə davam etdirilir. Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumları tərəfindən 2025-ci ilin iyul ayınadək 47 178 hektar sahədə müşahidələr aparılıb, 10 315 hektar sahədə sirayətlənmə qeydə alınıb, 5 100 hektar sahədə kimyəvi mübarizə tədbirləri görülüb.
Kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız bu tikililərin inşasına icazə verilir - FƏRMAN
08 Dekabr 2025
Operativ məlumat: Dekabrın 5-dək 197 306 fermer payızlıq əkinlərini EKTİS-də bəyan edib
05 Dekabr 2025
Neftçala rayonunda 90-cı Aqrar Biznes Festivalı və “I Balıq” Festivalı keçirilib
05 Dekabr 2025
Kənd Təsərrüfatı Nazirliyi ilə sahibkarlar arasında azad olunmuş ərazilər üzrə investisiya müsabiqəsinə çıxarılan torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
05 Dekabr 2025
Bakıda növbəti “Mövsüm Yarmarkası” təşkil olunacaq
04 Dekabr 2025