Toxum satışı barədə məlumatlar vaxtında bəyan edilməlidir
Aqrar Xidmətlər Agentliyində toxum istehsalçıları ilə onlayn görüş keçirilib. Görüşdə Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Mirzə Əliyev, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev, Aqrar Tədqiqatlar Mərkəzi (ATM), Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) nümayəndələri və toxumçuluqla məşğul olan fermerlər iştirak edib.
Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, kənd təsərrüfatının strateji sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması prioritet vəzifələrdəndir. Bol və keyfiyyətli məhsul istehsalının əsası sertifikatlı toxumdan başladığını deyən AXA sədri bu istiqamətdə zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Görüşdə toxumçu fermerlərin istehsal etdikləri toxumların sertifikatlaşdırılması, EKTİS-də qeydiyyatı və satılmış sertifikatlı toxumlar barədə məlumatların EKTİS-ə daxil edilməsi ilə bağlı məsələlər müzakirə olunub, toxumçuluğun inkişafı ilə baglı qarşıda duran vəzifələr və hədəflər ətrafında fikir mübadilsi aparılıb.
Müzakirələrdə subsidiyaların vaxtında verilməsi üçün satılmış toxumlar üzrə məlumatlarının EKTİS-ə daxil edilməsinin zəruriliyi vurğulanıb.
Müzakirələrin sonunda bu formada görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıqlar verilib.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
18 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağsuda vətəndaşları qəbul edəcək
18 Aprel 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Qusarda vətəndaşları qəbul edəcək
17 Aprel 2024
Qazaxda Aqrar Biznes Festivalı keçirilib
17 Aprel 2024
Yevlaxda iqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyalar nümayiş olunacaq
17 Aprel 2024