Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin (LESM) bir qrup əməkdaşı Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Torpaq, Gübrə və Su Ehtiyatları Mərkəzi Araşdırma İnstitutunda torpaqların aqrofiziki analizlər bölümündə keçirilən təlimdə iştirak edib.
Təlimdə torpaqların mühüm aqrofiziki xüsusiyyətləri olan torpağın su tutumunun təyini, bitkinin soluxma nəmliyi, torpağın həcm ağırlığı, xüsusi çəkisi, torpaq məsaməliyinin təyini, struktur analizi, torpağın su sızdırma qabiliyyətinin təyini öyrənilib.
Aqrar Xidmətlər Agentliyinin LESM-in Mərkəzi Laboratoriyasında qeyd olunan analizlərin icra olunması üçün zəruri cihaz və avadanlıqların mövcud olduğunu nəzərə alaraq, təlimdə əldə olunan bilik və bacarıqlar praktiki olaraq laboratoriyada icra olunacaq, aqrofiziki analizlərin yerinə yetirilməsinə, həmçinin fermerlər tərəfindən sifariş olunan bu tip analizlərin həyata keçirilməsinə müsbət təsir göstərəcəkdir.
Təlim müddətində laboratoriya şəraiti ilə tanış olunub, həmçinin qeyd olunan mərkəz ilə qarşılıqlı əməkdaşlıq imkanları, birgə tədqiqatların aparılması və s. mövzularda fikir mübadiləsi aparılıb.
Təlimin sonunda mərkəzin rəhbərliyi tərəfindən iştirakçılara sertifikatlar təqdim olunub.
Qubada Aqrar Biznes Festivalı keçirilib
28 Mart 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Biləsuvarda vətəndaşları qəbul edib
28 Mart 2024
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçiriləcək
27 Mart 2024
Aqrar Sığorta Fondu Neftçalada əkin sahələrində subasma halları ilə bağlı zərər dəyərləndirməsinə başlayıb
27 Mart 2024
Qazaxıstanda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin III Toplantısı keçirilib
21 Mart 2024