Sentyabr ayının sonlarında etibarən Azərbaycanda pambığın kombaynla yığımına start verilib. Pambıq yığımı ilə əlaqədar “Aqroservis” ASC tərəfindən hazırlıq işləri tam çatdırılıb, mövcud kombaynlara texniki baxış keçirilib, kombaynlarda GPS sistemi quraşdırılıb, həmçinin nasaz vəziyyətdə olan texnikaların təmiri işləri həyata keçirilib.
Bu il pambıq yığımına 430 ədəd pambıqyığan kombayn cəlb edilməsi nəzərdə tutulur. Onlardan 143 ədədi “Aqroservis” ASC-yə məxsusdur. Eyni zamanda, yığılan məhsulun operativ şəkildə qəbul məntəqələrinə daşınması üçün “Aqroservis” ASC tərəfindən zəruri sayda traktor və qoşqu vasitələri ayrılıb. Ötən illə müqayisədə əlavə olaraq 76 traktor daxil olmaqla ümumilikdə 1364 traktor, 2860 traktor qoşqusu pambıq daşınmasına cəlb edilib.
Taxıl biçinində olduğu kimi pambıq yığımında da kombaynlar yaradılmış dislokasiyaya uyğun olaraq yığımı həyata keçirirlər. Yığım zamanı kombaynlarda baş verəcək hər hansı nasazlıq prosesinin dərhal aradan qaldırılması üçün şirkətlər tərəfindən operativ təmir briqadası yaradılıb. Təmir briqadası mütəmadi kombaynlara baxış keçirir, təlimata uyğun istismarına nəzarət edir.
Hava şəraitindən asılı olaraq pambıq yığımının operativ, itkisiz, vaxtında yığılıb məntəqələrə çatdırılması planlaşdırılır.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
23 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş iclas keçirilib
22 Aprel 2024
Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb
22 Aprel 2024
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək
22 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
19 Aprel 2024