“Caspian Agro 2022” sərgisi çərçivəsində “İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri” mövzusunda panel sessiya keçirilib.
Sessiyada Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firuddin Tağıyev, Tərəvəzçilik Elmi -Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev, Əkinçilik Elmi -Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Heyvandarlıq Elmi -Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mövzu ilə bağlı təqdimatla çıxış ediblər.
Bildirilib ki, iqlim dəyişikliyi kənd təsərrüfatı sahəsinin qarşısında yeni çağırışlar formalaşdırır. Yeni texnologiyalar və rəqəmsal həllərin tətbiqi iqlim dəyişikliklərinin təsirlərini minimuma endirməyə, torpaq və su resurslarından davamlı və düzgün istifadəyə imkan verir. Tədbirdə çıxış edənlər, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması ilə davamlı inkişafın təmin edilməsi, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, aqrar sahədə elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, torpaq çirklənməsinin qarşısının alınması, su resurslarından səmərəli istifadə, gübrələrdən düzgün istifadənin təşviqi və effektiv torpaq idarəçiliyinin qurulması istiqamətində müzakirələrdə yerli mütəxəssislər öz fikirlərini bölüşüblər.
Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, mütəxəssislər iştirakçıların suallarını cavablandırıblar.
Daşkənddə Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib
04 Iyul 2022
Çəyirtkəkimilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir
04 Iyul 2022
Azərbaycanın dağlıq və dağətəyi ərazilərində taxıl biçininə start verilib
01 Iyul 2022
Yay şumunun əhəmiyyəti - fermerlərə məsləhət
01 Iyul 2022
Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelini təbliğ edən tədbirlər keçirilib
30 Iyun 2022