Azərbaycanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir. Bu dəfəki sərgi-satış yarmarkası Cəlilabad rayonunda təşkil olunub. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, qeyri-neft sektorunun əsas sahələrindən olan kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi bu sahənin inkişafına müsbət təsir göstərib. Bu gün ölkəmizin müxtəlif regionlarında keçirilən toxum sərgi-satış yarmarkası da məhz toxumçuluq sahəsinin inkişafına yönəlmiş mühüm addımlardandır. Qeyd olunub ki, bol və keyfiyyətli məhsul əldə etmək üçün toxum bazarının daha da inkişaf etidirlməsi, fermerlərin sertifikatlı, keyfiyyətli toxuma əlçatanlığının təmin edilməsinin proritet vəzifələrdəndir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, bu gün Cəlilabadda təşkil edilən sayca 5-ci yarmarkada 20-dən çox toxumçu fermer iştirak edir. Sərgi-satış yarmarkasında 30-dan çox sortun toxumu təqdim edilir. Yarmarkada Neftçala, Biləsuvar, Salyan və digər rayonlardan olan fermer və toxumçular da təmsil olunur. Sərgi-yarmarka çərçivəsində fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.
Qeyd edək ki, yarmarkalar ümumilikdə ölkənin 6 bölgəsində təşkil olunur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə növbəti yarmarka sentyabrın 13-də Xaçmazda keçiriləcək. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
23 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş iclas keçirilib
22 Aprel 2024
Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb
22 Aprel 2024
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək
22 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
19 Aprel 2024