Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərib. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır.
Aqrar Xidmətlər Agentliyində əkin bəyanlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilməsi üzrə 6 səyyar qrup yaradılıb. Səyyar xidmət müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
İndiyədək səyyar xidmət Şəki, Sabirabad, İmişli, Füzuli Goranboy, Tərtər, Tovuz, Zaqatala, Cəlilabad, Hacıqabul və Şəmkir rayonlarının kəndlərində təşkil olunub. Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. Bu rayonlarda səyyar qruplar tərəfindən EKTİS-də qeydiyyatdan keçmiş, ümumilikdə 13106 fermerə səyyar aqrar xidmət göstərməklə 25486 bəyan sistemə daxil edilib.
Səyyar xidmət qrupu tərəfindən bəyanların qəbulu dekabr ayının 30-da başa catır.
FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində iki yeni layihənin açılışı olub
16 May 2022
15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib
16 May 2022
Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib
14 May 2022
Nazir İnam Kərimov Qusarda vətəndaşları qəbul edib
14 May 2022
Xaçmaz rayonunda “Yaz festivalı” keçiriləcək
12 May 2022